Banner
Leykemiya

Leykemiya digər xərçəng növlərinə, məsələn, süd vəzisinin xərçəngi, prostat xərçəngi, bağırsaq xərçəngi nisbətən az rast gəlinir. Bu müasir müalicə üsulları sayəsində bir çox hallarda müalicəsi mümkün olan xəstəlikdir. Leykemiya sümük iliyində tam yetişməmiş və funksional cəhətdən qeyri aktiv leykositlərin həddindən artıq çoxalması ilə müşahidə olunur. Bu isə öz növbəsində normal qanyaranma mexanizminin pozulmasına və nəticədə qanda sağlam leykositlərin, eləcə də sağlam eritrositlərin, trombositlərin defisitinə gətirib çıxarır. Diaqnoz qanın müayinəsinə əsasən qoyulur. Daha dəqiq diaqnoz qoyulması üçün isə sümük iliyindən biopsiya alınması mütləqdir.

Ardı...
 
Alzheimer xəstələri insulindən faydalana bilərmi?

SEATTLE – Archives of Neurology buraxılışında nəşr edilən bir tədqiqata görə yüngül dərəcədə koqnitiv pozuntusu və ya Alzheimer xəstəliyi olan insanlar intranazal (burundaxili) insulin müalicəsindən  fayda əldə edirlər. Araşdırmanın tədqiqatçıları  Alzheimer xəstələyində mərkəzi sinir sistemində insulinin miqdarının və aktivliyinin azalmış olduğunu müəyyən ediblər.İnsulin pozğunluğunun erkən dövründə sinaptik itki  və yaddaş zəifliyi ilə xarakterizə olunan  Alzheimer xəstəliyinin patofiziologiyasına təsiri olduğu müəyyən edilmişdir.

Ardı...
 
Selen tərkibli qidalar yoğun bağırsaq xərçənginin qarşısını alır

Almaniyanın Heydelberq, Böyük Britaniyanın Aberdeen Universiteti və Azərbaycanın Elmi Cərrahiyyə Mərkəzinin əməkdaşlığı ilə aparılan tədqiqat işi  yoğun bağırsaq xərçənginin formalaşmasında selen tərkibli zülalların roluna aydınlıq gətirmişdir. İşin nəticəsi tanınmış “Anticancer Research” jurnalında (http://ar.iiarjournals.org/content/31/9/2693.short) çap edilmişdir. Bu tədqiqat azərbaycanlı həkimlər Vüqar Yaqublu, Səbinə Babayeva və həmkarları tərəfindən aparılmışdır. Tədqiqatlar yoğun bağırsaq xərçənginə görə əməliyyat edilmiş xəstələr üzərində aparılmış və müəyyən edilmişdir ki, selen tərkibli proteinlər orqanizmdə yoğun bağırsaq xəçənginin yaranması əleyhinə fəaliyyət göstərən əsas faktorlardan arasındadır. 

Ardı...
 
Selen və onun xərçəng əleyhinə rolu

Selen 1818-ci ildə İsveç kimyasıçısı Jons Jacob Berzelius tərəfindən aşkarlanmış və yunan mifologiyasından ay allahının adi ilə adlandırılmışdır. 140 il sonra Schwarz və Foltz tərəfindən aparılan eksperimentlər zamanı Selenin heyvan qaraciyərində təyin edilən əsas elementlərdən birinin olması aşkarlanmışdır. Selenin insan sağlamlığında rola malik olması haqqında fikirlər keçən əsrin 60-cı illərində meydana çıxmağa başladı və bu gün  Selenin insan sağlamlığında əhəmiyyəti barədə alimlər arasında yekdil fikir formalaşmışdır (Arthur, 2010). Selen yeganə elementdir ki, insanın genetik materialında iştirak edir (Frausto da Silva &Williams, 2009). 

Ardı...
 
Yoğun Bağırsaq xərçəngi

Yoğun bağırsağın hər bir bölgəsində - kor bağırsaq; qalxan, köndələn və enən çənbər, S-ə bənzər və düz bağırsaqda xərçəng inkişaf edə bilər. Yoğun bağırsağın ayrı-ayrı hissələrinin xərçəngi birlikdə kolorektal xərçəng də adlanır. Amerika Xərçəng Cəmiyyətinin məlumatına görə hər il 112.000 insanda yeni yoğun bağırsaq, 40.000 insanda isə düz bağırsaq xərçəngi aşkar edilir.

Ardı...
 
Bağırsaq Xərçəngi

Bağırsaq xərçəngindən əziyyət çəkən insanların 90%-dən çoxunun yaşı 40-dan yuxarıdır. Bu yaşdan başlayaraq bağırsaq xərçəngi ilə xəstələnmə ehtimalı ildə 2 dəfə artır. Almaniyada hər il təqribən 57.000 nəfərdə bağırsaq xərçəngi aşkarlanır, 30.000 nəfər isə bu xəstəlikdən dünyasını dəyişir. Bağırsaq xərçəngi, əksər hallarda, uzun illər selikli qişada inkişaf edən poliplərdən yaranır. Buna görə də poliplərin vaxtında çıxarılması bağırsaq xərçənginin inkişafının qarşısını ala bilər.

Ardı...
 
<< Başlanğıc < Geri 1 2 3 4 5 6 7 8 9 10 İrəli > Son >>

Səhifə 1 / 13
Banner
E-systems