|
Oynaq ağrısı (Artralgiya) müxtəlif tip zədələnmə və xəstəliklərin əlaməti kimi meydana çıxır. Artralgya (İngiliscə Arthralgia) yunan sözləri olan arthro-, oynaq + -algos, ağrı sözlərindən götürülmüşdür və oynaq ağrısı deməkdir. Bəzi mənbələr artralgiyanı artiritlərdən fərqləndirilir və oynaqların qeyri-iltihabi ağrılarını nəzərdə tuturlar. Bəzi hallarda oynaq ağrıları ev tədbirləri (massaj, ayağı isti suya salma) vasitəsilə keçsə də əsasən mütəxəssis həkimə müraciət etməyə ehtiyac duyulur.
Səbəbləri - Revmatoid artritlər kimi autoimmun xəstəliklər - Bursitlər - Podaqra - Xondromalyasiya (İngiliscə Chondromalacia) oynaqlarda, xüsusən də diz oynağında qığırdağın degenerasiyası - Epstein-Barr Virusu sindromu - Hepatitllər - Qrip - Lyme xəstəliyi - Qızılca - Parotit - Zədələnmə və sınıqlar - Osteoartiritlər - Osteomielitlər - Septik artirilər - Tendonitlər Müayinə və müalicə Oynaq ağrılarının müalicəsi üçün ilk növbədə səbəbi dəqiq müəyyən edilməli və səbəb ardan qaldırılmalıdır. Həkiminiz sizə oynaqların Rentgen müayinəsi, qanın ümumi analizi, artrosintez kimi müayinələr təklif edə bilər. Bəzi hallarda oynaq ağrıları qeyri-iltihabi səbəblərdən meydana çıxır və massaj, ayağı isti suya salma kimi tədbirlərlə asanlıqla aradan qalxır.
Bölüş |