|
Ürək aritmiyaları o zaman əmələ gəlir ki, sizin ürəyinizin vurğularını idarə edən impulsların işi pozulur. Bu zaman ürək ya çox tez, ya çox gec, ya da nizamsız vurur. Adətən insanlar aritmiyaları ürək dayanması, ürək əsməsi, ürək döyünməsi kimi hiss edirlər. Bəzi aritmiyalar həyat qorxusu simptomları yaradır. Tibb texnologiyasında olan inkişaf aritmiyaların üçün yeni bir müalicə metodu əlavə etdi ki, bu da aritmiyaları idarə etməyə imkan verir.
Normal ürək döyünməsi nədir? Ürəyimiz döyünərkən impulslar ürək əzələsinə təsir edərək onun yığılmasına səbəb olur. Bu impulslarda olan istənilən kənaraçıxmalar aritmiyalara səbəb olur. Aritmiyaların səbəblərindən danışmazdan əvvəl normal ürəkdöyünməsi zamanı nə prosesin getdiyinə nəzər salaq. İnsan ürəyi 4 kameradan ibarətdir: 2 qulaqciq və 2 mədəcik. Eyni zamanda sağ və sol olmaqla da ürək 2 hissəyə bölünür. Sağ və sol hissələrin hər birində 1 mədəcik və 1 qulaqcıq yerləşir. Ürəkdöyünməsi zamanı qulaqcıq yığılaraq qanı mədəciyə qovur. Bu proses sinus düyünündən impulslar göndərilərkən başlanır. Nəticədə sağ və sol qulaqcıqlar yığılır. Sonra impuls atrioventrikulyar düyünə keçərək mədəciklərin yığılmasına və qanın bədənə qovulmasına səbəb olur. ormal ürəkdə bu proses dəqiqədə 60-100 dəfə təkrar olunur.
Bradikardiya hədir? Ürək vurğularının sayının 60 dan az olması bradikardiya kimi qiymətləndirilir.Əgər fiziki olaraq sağlamsınızsa onda ürək vurğularının sayının 60 dan az olmasına baxmayaraq orqanların qan dövranında elə bir problemi olmur. Bradikardiyaların aşağıdakı növləri var: - Zəif sinus. Əgər sizin sinus düyününüz impulsları düzgün göndərmirsə sizin ürək vurğularınızın sayı çox az ola bilər. Digər bir səbəb düyünə yaxın ç impulsun ötürülmə yolu üzərində hər-hansı bir maneənin olmasıdır. - Keçiriciliyin pozulması. Bu növ bradikardiyalar AV düyününün yaxınlığında maneə olarkən əmələ gəlir. Blokun növündən asılı olaraq elektrik impulslarının ötürülməsi hissəvi və ya tam kəsilə bilər. Risk fatorları, müayinə və müalicəsi haqqında daha geniş bu linkdə oxuya bilərsiniz: Ürək ritminin pozulması
Bölüş |