|
Gəyirmə mədədən havanın istəklə və ya istəmədən ağız vasitəsilə xaric olmasıdır. Gəyirmə fizioloji bir refleks olub əsas məqsədi yeməkdən sonra mədəyə daxil olmuş havanın xaric edilməsidir.
Səbəbləri
- Diafraqmanın qida borusu dəliyinin yırtığı - Qastroezofageal Reflüks Xəstəliyi - Qastrit - Mədə boşalmasının gecikməsi – qastroparez - Aerofagiya – həddən ziyadə havanın udulması - Sürətlə yemə - Siqaret çəkmə - Saqqız çeynəmə - Karbonlaşdırılmış içkilər
Həkimə nə zaman müraciət etməli?
Gəyirmə ilə yanaşı sinə arxasında göynəmə və ağrı hissi, qıcqırma kimi hallar qeyd edilərsə mütləq həkimə müraciət edin. Sizin əsas məqsədiniz gəyirmənin xəstəlik deyil bu və ya digər vərdişlə bağlı olmasını aydınlaşdırmaqdır. Bu işdə sizə həkimin tövsiyyəsi yardımçı ola bilər.
Gəyirmədən qaçmaq üçün aşağıdakı tövsiyyələrə diqqət yetirməniz məqsədəuyğun olardı:
- Asta-asta yeyin və için. Qidanı çeynəmədən udmayın. Suyu boru ilə içməkdən çəkinin. - Pivə və karbonlaşdırılmış içkilərdən qaçın - Saqqızdan az istifadə edin - Siqaret çəkmədən yayının - Mədə və qida borusunda xəstəlik varsa müəlicə etdirin
Bölüş |