|
Qanqusma (Hematemesis) bütün mədə-baırsaq qanaxmalarının 85-90%-ində rast gəlinir. Qanqusma əsasən yuxarı mədə-bağırsaq sistemindən qaynaqlanır. Yuxarı mədə-bağısaq sistemi dedikdə ağız boşluğu, qida borusu, mədə, 12 barmaq bağısaq və nazik bağırsaqlarn proksimal hissəsi nəzərdə tutulur. Yuxarı mədə-bağırsaq sistemində bu və ya digər səbəbdən baş verən qanaxma geri qayıdaraq qusma refleksi törədir. Qanqusma çox ciddi bir haldır və həkimə təcili müraciət etmək üçün əsasdır.
Səbəbləri 1. Qida borusundan qaynaqlanan qanaxmalar. Qida borusundan baş verən qanaxmalar aşağıdakı səbəblərdən baş verə bilər: - Reflyüks ezofagit - Diafraqmanın qida borusu dəliyinin yirtığı - Qida borusunun varikoz genişlənmiş venaları - Qida borusu xərçəngi - Diafraqmanın qida borusu dəliyinin yirtığı - Qida borusunun varikoz genişlənmiş venaları - Xərçəng - Mallory-Weiss Sindromu Travma (məsələn, yad cisim vasitəsilə)
2. Mədə və 12 barmaq bağırsaqdan qaynaglanan qanaxmalar. Mədə və 12 barmaq bağırsaqdan qanaxma aşağıdakı səbəblədən baş verə bilər: - Qastritlər - Mədə xorası - 12 barmaq bağırsaq xorası - Xərçəng - Damar patologiyaları
3. Digər səbəblər. Aşağıda sadalanan hallar da qanqusmaya səbəb ola bilər. - Hemorragik Diatezlər - Antikoaqulyantlarla müalicə - Hipertoniya xəstəliyi Uremiya - Müştərək aorta anevrizması və qida borusu arroziyası
Müayinə planı Həkiminiz sizə aşağıdakı müayinələri təklif edəcək: - Qastroskopiya - Qarının ultrasəs müayinəsi - Qanda Hb, Hk, Trombositlər,Laxtalanma, EÇS - Qanda Kreatinin, Bilirubin - Nəcisdə qan
Bölüş |