Banner
Köp PDF

Köp mədə-bağırsaq sistemində qazın toplanması nəticəsində əmələ gəlir. Qazın bağırsaqlarda toplanması qarının şişməsi ilə nəticələnir və diskomfort yaradır. Bağırsaqda qaz üç əsas mənbdən formalaşır: udulan hava; mədə turşusunun neytrallaşmasından yaranan karbon iki oksid və bağırsaq bakteriyalarının törətdiyi karbon iki oksid, hidrogen və metan qazları. Toplanan qazın həcmi və tərkibi qəbul edilən qidadan və yoğun bağırsaq florasından aslıdır (flora ayrı-ayrı insanlarda fərqlənir). Sağlam insanlarda  qazın böyük həcmdə olması problem yaratmır. Çünki normada formalaşan qazlar asanlıqla itir. Köpdən əziyyət çəkən insanlarda isə qaz bağırsaqlarda toplanır və xaric olmur.

Səbəblər

  - Həddən çox yemə
  - Laktoza, Fruktoza və ya digər qidaya qarşı dözümsülük
  - Qida allergiyası
  - Aerofagiya – Həddən çox hava udma
  - Qıcıqlanan bağırsaq sindromu
  - Hissəvi bağırsaq keçməzliyi
  - Mədənin sürətlə boşalması
  - Qaz yaradan qidalar
  - Qəbzlik
  - Həzm pozğunluğu – malabsorbsiya
  - Piylənmə
  - Polikistozlu Yumurtalıq Sindromu  
  - Yumurtalıq Kistası
  - Dalaq Əyriliyi Sindromu
  - Alvarez Sindromu
  - Divertikulyoz
  - Yoğun Bağırsağın Genişlənməsi – Meqakolon
  - Yoğun Bağırsaq Xərçəngi

Həkimə nə zaman müraciət etməli?

Səbəblərdən göründüyü kimi köpün əsasında duran faktorlar həddən ziyadə rəngarəngdir. Bəzi hallarda köp keçici olur və həkimə müraciət etməyə etiyac qalmır. Amma köp sizi fasiləsiz narahat edirsə həkimə müraciət etməniz məqdsdəuyğundur. Həkim köpün əsasında duran səbəbi təyin edəcək və sizə lazimi tövsiyyələr verəcək.

Xüsusilə də yaşlı insanların (50 yaşdan sonra) ehtiyatlı olmaları tələb olunur. Çünki köp şikayətinin əsasında yoğun bağırsağın və ya qarın boşluğunun digər orqanlarının törəməsi dura bilər.

Ədəbiyyat

Azpiroz F; Intestinal gas dynamics: mechanisms and clinical relevance. Gut. 2005 Jul;54(7):893-5. [abstract]

 

Bölüş
 
Banner
E-systems