Banner
Öskürək PDF

Öskürək tənəffüs yollarının təmiz saxlanmasına xidmət edən fizioloji bir aktdır. Amma uzunmüddətli öskürək hər hansı bir patoloji səbəbin olmasına işarədir və diqqət mərkəzində saxlanmalıdır. Öskürəklər quru və ya yaş ola bilir. Yaş öskürək zamanı bəlğəm xaric ola bilir. Öskürəklər kəsikin və xroniki olmaqla iki əsa qrupa bölünürlər. Kəskin öskürək qəfləti başlayır və adətən soyuqdəymə, qrip kimi hallarla bağlı olur. Adətən iki-üç həftəyə öskürək aradan qalxır. Xroniki öskürək isə 2-3 həftədən uzun çəkir.

Səbəblər

Yuxarı tənəffüs yollarının iltihabını törədən soyuqdəymə və qrip kimi çox rast glinən səbəblərindən başqa öskürəyin digər ciddi səbəbləri də mövcuddur. Bunlara aşağıdakıları aid etmək olar:
  - Allergiya və astma
  - Ağciyərin iltihabı-pnevmoniya
  - Tənəffüs yollarının iltihabı – bronxitlər
  - Ağciyər vərəmi
  - Ağciyərin və tənəffüs yollarının xərçəngi
  - Ağciyər emboliyası
  - Broxektaziya
  - Ürək çatışmazlığı
  - Qırtlaq problemləri
  - Qastroezofageal Reflüks Xəstəliyi
  - Siqaret çəkmə
  - Tozlu şəraitdə çalışma
  - Qan təzyiqini saxlayan bəzi dərmanlar
 
Həkimə nə zaman müraciət etməli?


Ümumiyyətlə, kəskinliyində aslı olmayaraq davam edən öskürək sizin həkimlə məsləhətləşməniz üçün əsas olmalıdır. Elə hallar var ki, təxirəsalınmadan həkimə müraciət etmək lazimdır. Bu hallar aşağıdakılar ola bilər:
  - Öskürək 3-4 həftədən çox davam edirsə
  - Öskürək hərarət, baş ağrısı kimi əlamətlərlə müşayət olunursa    
  - Öskürək qanhayxırma ilə müşayət olunursa
  - Öskürək təngnəfəslik, boğulma kimi hallarla müşayət olunursa
  - Öskürək yuxuculluqla müşayət olunursa
Həkimə müraciət etmə istəyiniz yoxdursa özünüz bəzi tədbirlər görə bilərsiniz. Amma özünü müalicə ilə bir qədər ehtiyatlı olun. Aşağıdakıları nəzərə alın:
  - Hərarəti endirmək üçün paracetamol, ibuprofen və aspirin kimi dərmanlardan istifadə edə bilərsiniz. İstifadə qaydasını aptekdən və ya qutuda olan instruksiyadan öyrənin.
  - Yataq rejimi və çoxlu su içmək tövsiyyə olunur. Bizim adətlərə uyğun mürəbbə ilə çoxlu miqdarda çay içmə xeyirlidir.
  - Öskürək əleyhinə əczaçılıq firmaları fərqli dərmanlar təklif edilər. Bu dərmanların daxilində öskürək və iltihab əleyhinə təsirə malik maddələr var. Bu dərmanların qəbulu tövsiyyə ediləndir.
  - Antibiotiklərlə ehtiyatlı olun! Apteklərimizdə antibiotiklərin reseptiz verilməsi mümkn olduğu üçün bəzən insanlarımız onlardan sui istifadə edirlər. Yadda saxlayın ki, antibiotiklər öskürəyin əsas törədiciləri olan viruslara qarşı təsir edə bilmir. Onlar yalnız bakteriyalara öldürücü təsir göstərir. Öskürək zamanı antibiotik təyin edilə bilər. Amma bu qərarı həkim  veməlidir. Odur ki, öz qərarınızla antibiotik istifadəsindən qaçın. Antibiotikin gərək olmadan istifadəsi ona qarşı dözümlülük yaranması və organizmin normal hesab edilən mikroflorasını poza bilməsi üzündən məqsədəuyğun deyil.



Bölüş
 
Banner
E-systems