|
Qıcqırma sinə arxasında qeyd edilən yanğı və ağrı hissidir. Səbəbi mədə möhtəviyyatının qida borusuna atılmasıdır (reflüks). Normada mədənin möhtəviyyatı qida borusuna daxil olmur. Qida borusu ilə mədə arasında mövcud olan sfinkter mədə möhtəviyyatının geri qayıtmasına imkan vermir. Mədə möhtəviyyatı qida borusunun daxili örtüyü üçün zədələyici faktordur. Onun qida borusuna daxil olması qida borusunun örtüyünü – selikli qişasını zədələyir və ltiab törədir. Relüks davamlı olarsa, hətta, qida borusunda xorasının belə formalaşması mümkündür.
Qıcqırma zaman-zaman hər birimizdə baş verə bilər və adətən tez də keçir. Belə hallarda qida rejimlərini dəyişmək və ya antiasid dərman atmaqla qicqırmanı aradan qaldırmaq olur. Bəzilərində isə qıcqırma davamlı olur. Bu hallarda qıcqırmanı davamlı edən faktorun həkimin köməyi ilə təyin edilməsi vacibdir.
Səbəblər
- Diafraqmanın qida borusu dəliyinin yırtığı - Qastroezofageal Reflüks Xəstəliyi - Köklük - Hamiləlik - Yağlı və isiotlu yeməklər - Yedikdən sonra tez yatağa uzanma - Siqaret çəkmə - Kofe - Alkoqol içkiləri - Sitrus meyvələri - Karbonlaşdırılmış içkilər - Pomidor - Bəzi dəmanların qəbulu: aspirin, ibuprofen və s.
Həkimə nə zaman müraciət etməli?
Aşağıdakı hallarda həkimə müraciət etməniz tövsiyyə olunur: - Qıcqırma sizi həftədə iki dəfədən çox narahat edirsə - Qida rejmini dəyişmək və dərman atmaqla keçmirsə - Udmada çətinlik yaranırsa Qıcqırmadan qaçmaq üçün aşağıdakıları tövsiyyə edirik: - Yatan zaman yastığınızı hündür edin - Yatmazdan ən azı 2-3 saat öncə yemək yeyin - Siqaret çəkməyi tərgidin - Piylisinizsə çəkinizi azaldın - Çox yeməyin - Yüksək proteinli, az yağlı yemək yeyin - Kip geyimlər və kəməri bərk sıxmaqdan qaçın - Qıcqırma yaradan yemək və içkilərədn qaçın: kofe, sitrus meyvələri, şokalat, pivə, qırmızı şərəb, araq, pomidor və s.
Bölüş |