Banner
Sidiyin olmaması PDF

Anuriya (anurez) sutka ərzində sidik ifrazının 100ml-dən az olmasıdır. Anuriyanın meydana çıxması böyrəyin sidik yaratma funksiyasının pozulması və ya sidik yolunun şiş və ya daşla tutulması kimi səbəblərdən qaynaqlana bilir. Anuriya böyrək xəstəliklərinin son mərhələsi kimi də özünü göstərə bilər.

Səbəbləri

Anuriyaların səbəbləri dörd qrupda təsnif olunur:

  - Prerenal  

  - Renal

  - Postrenal

  - Nevrogen

Prerenal Anuriya aşağıdakı səbəblərdən qaynaqlana bilər:

1.    Qan həcminin çatışmamazlığı. Bu aşağıdakı hallarda mümkündür:

  - Kəskin qanaxma – məsələn, travmalar, əməliyyat və ya mədə-bağırsaq qanaxmaları   

  - Su və elektrolit çatışmamazlığı – məsələn, qusma və ya ishal zamanı su və elektrolitlərin itkisi

  - Maye itkisi – məsələn, bağırsaq keçməməzliyi, kəskin pankreatit, peritonitlər zamanı mayenin qarın və bağırsaq boşluğuna ifraz ed

2.    Qan dövranında baş verən pozğunluqlar. Bu aşağıdakı hallarda mümkündür:

  - Şok – məsələn, kardiogen, septik, anafilaktik şok  

  - Ağciyr emboliyası

3.    Endogen toksemiya. Bu aşağıdakı hallarda mümkündür:

  - Hemoliz nəticəsində

  - Mioliz nəticəsində

  - Pankreatit

4.    Ekzogen toksemiya. Bu aşağıdakı hallarda mümkündür:

  - Nefrotoksik dərmanların qəbulu, məsələn, Gentamycin, Cephalotin və Rentgen Kontrast maddəsi

  - Nefrotoksik maddələr, məsələn, orqanik həlledicilər, ağır metallar və s.

Renal anuriya aşağıdakı səbəblərdən qaynaqlana bilər:

1.    Böyrəyin parenximatoz patologiyaları. Buna aşağıdakılar aid edilə bilər:

  - Kəskin nefritlər

  - Kəskin qlomerulonefritlər

2.    Böyrəyin vaskulyar patologiyaları. Buna aşağıdakılar aid edilə bilər:

  - İkitərəfli böyrək qabığının nekrozu

  - İkitərəfli böyrək arteriyasının tutulması

  - Damar nefropatiyaları

Postrenal anuriya sidik axınının bu və ya digər səbəblərdən pozulması nəticəsində baş verir:

  - Daş

  - Şiş

  - Qanaxma

  - Porostatın böyüməsi

Nevrogen anuriya aşağıdakı səbəblərdən sidik axını heç bir mexaniki maneə olmadan pozula bilir:

  - Onurğa beyni nayihəsində şiş

  - Mərkəzi Sinir Sisteminin pozğunluqları, məsələn, Parkinson xəstəliyi

  - Dərman maddalərinin qəbulu, məsələn, Psixotrop dərmanlar

Müayinə  

Həkim ilkin olaraq aşağıdakı müayinələri edəcəkdir:   

  - Ultrasəs müayinəsi

  - Sidiyin ümumi analizi

  - Qanın ümümi analizı

  - Qanın laxtalanma göstəriciləri

  - Qanda kreatinin və sidik cövhəri

  - Qanda ümümi protein

  - Qanda şəkər, Ca, P

Əgər bu müayinələrlə səbəb tam aydınlaşdırıla bilməzsə həkiminiz sizə digər müayinələr təklif edə bilər:

  - Qlomerular Filtrasiya Dərəcəsinin təyini

  - Kreatinin Klirens Dərəcəsinin təyini  

  - EKQ

  - Döş Qəfəsinin Rentgeni


 

Bölüş
 
Banner
E-systems