|
Normal süd vəzi toxuması bütün həyatları boyu həm qadınlarda, həm də kişilərdə mövcud olur. Bu toxuma qanda olan hormonal statusla əlaqəli olur. Hormonal statusun dəyişməsi zaman-zaman döşdə keçici düyünlər – kütlə formalaşdıra bilər. Döşdə kütlə bütün yaşlarda qeyd edilə bilər. Yenidoğulmuşlarda ananın qanından keçmiş esterogenlər nəticəsində döş kütləsi formalaşa bilər. Uşaqlarda esterogen qandan təmizləndikcə döşündə olan kütlə öz-özünə keçir. Döşdə kütlə həm oğlan, həm də qız uşaqlarında qeyd edilə bilər.
Yeniyetmə qızlarda cinci yetkinlik dövrlərinə girən zaman süd vəzinin böyüməsi ilə yanaşı vəzidə bərk kütlənin inkişafıda müşahidə edilə bilər. Belə hal yeniyetmə oğlanlada da baş verə bilər. Oğlanlarda süd vəzinin böyüməsi və kütlənin formalaşması onları psixolji olaraq narahat etsə də adətən tez bir zamanda itir. Qadınların döşündə kütlənin formalaşması çox ciddi qarşılanmalıdır. Bu kütlə əksər hallarda xoşxassəli olsa da xərçəngin inkişafı inkar edilməlidir. Səbəblər - Qadınların süd vəzində kütlənin inkişafında əsas rolu olan faktorlardan biri vəzidə finrosistik dəyişikliklərin törənməsidir. Bu dəyişikliklər bir və ya hər iki süd vəzində inkişaf edə bilər. Fibrosistik dəyişikliklər reproduktiv fazada olan hər bir qadında yarana bilər və süd vəzi toxumasının normal variasiyası hesab edilir. Fibrosistik dəyişiklər xərçəng riskinin artmasını göstərən faktor deyil. - Süd vəzində kütlənin yaranmasının digər səbəbi fibroadenomadır. Fibroadenoma xoşxassəli törəmə olub vəzi toxumasında sərbəst hərəkət etdirilir. Fibrosistik dəyişiklər kimi fibroadenoma da reproduktiv yaşında olan qadınlarda meydana çıxır. Fibroadenomanında xərçəngə çevrilmə ehtimalı çox aşağıdır. - Kistalar da süd vəzində kütlənin yaranmasına səbəb olan faktorlardan biridir. Kistalar içərisi maye ilə dolu törəmədir və bir çox hallarda drenə olunmaqla çox asanlıqla müalicə edilir. Kistalar iynə ilə drenləşdildikdən sonra təkrar əmələ gələrsə cərrahi əməliyyat tövsiyyə edilir. - Süd kistaları süd vəzində kütlənin yaranmasının daha bir səbəbidir. Bunlar bəzən iltihalaşaraq mastit və irinləyərək absesə çevrilə bilərlər. Bu adətın yeni doğmuş qadınlarda qeyd olunur. - Süd vəzinin xərçəngi döş kütləsinin ən ciddi səbəblərindən biridir. Onun diaqnozu adətən ultrasəs müayinəsi, mammoqrafiya və biopsiya ilə təyin edilir. - Travma zamanı döşdə qansızma nəticəsində yığıntı əmələ gələ bilər. Hematoma adlanan bu cür kütlə adətən öz-özünə sovrulur. Əks halda kiçik cərrahi prosedura nəticəsində kütlə götürülə bilər. - Lipoma – piy toxuması yığıntısı süd vəzində kütləni yaradan səbəblərdən biridir. - İntraduktal papilloma – süd axacaqlarında formalaşan kütlədir. Həmkimə nə zaman müraciət etməli? Yuxarıda sadalanan səbəblər göstərir ki, süd vəzində kütlə müxtəlif səbəblərdən yarana bilər və bu səbəblər ciddiliyinə görə fərqlənirlər. Süd vəzində olan kütlənin əsl xarakteri mütəxəssis həkim tərəfindən düzgün təyin edilə bilər. Odur ki, süd vəzində kütlə hiss edən hər bir kəs dəqiq diqnoz üçün həkimə müraciət etməlidir.
Bölüş |