Banner
Taxikardiya PDF

Ürək aritmiyaları o zaman əmələ gəlir ki, sizin ürəyinizin vurğularını idarə edən impulsların işi pozulur. Bu zaman ürək ya çox tez, ya çox gec, ya da nizamsız vurur. Adətən insanlar aritmiyaları ürək dayanması, ürək əsməsi, ürək döyünməsi kimi hiss edirlər. Bəzi aritmiyalar həyat qorxusu simptomları yaradır. Tibb texnologiyasında olan inkişaf aritmiyaların üçün yeni bir müalicə metodu əlavə etdi ki, bu da aritmiyaları idarə etməyə imkan verir.

 Normal ürək döyünməsi nədir?

Ürəyimiz döyünərkən impulslar ürək əzələsinə təsir edərək onun yığılmasına səbəb olur. Bu impulslarda olan istənilən kənaraçıxmalar aritmiyalara səbəb olur. Aritmiyaların səbəblərindən danışmazdan əvvəl normal ürəkdöyünməsi zamanı nə prosesin getdiyinə nəzər salaq. İnsan ürəyi 4 kameradan ibarətdir: 2 qulaqciq və 2 mədəcik. Eyni zamanda sağ və sol olmaqla da ürək 2 hissəyə bölünür. Sağ və sol hissələrin hər birində 1 mədəcik və 1 qulaqcıq yerləşir.
Ürəkdöyünməsi zamanı qulaqcıq yığılaraq qanı mədəciyə qovur. Bu proses sinus düyünündən impulslar göndərilərkən başlanır. Nəticədə sağ və sol qulaqcıqlar yığılır. Nonra impuls atrioventrikulyar düyünə keçərək mədəciklərin yığılmasına və qanın bədənə qovulmasına səbəb olur. ormal ürəkdə bu proses dəqiqədə 60-100 dəfə təkrar olunur.

Taxikardiya nədir? 

Taxikardiya ürək döyünməsinin tezləşməsidir. Bu zaman ürək vurğularının sayı dəqiqədə 100-dən çox olur.

Taxikardiyanın aşağıdakı növləri var:

Qulaqcıq taxikardiyaları:
  - Qulaqcıq səyirməsi. Əsasən yaşlı insanlarda olur. Xüsusən də arterial hipertoniyası və ürək xəstəliyi olan insanlarda rast gəlinir. Qulaqcıq səyirməsi zamanı qulaqcığın elektrik aktivliyi koordinasiya olunmur. 350-600 dəfə dəqiqədə səyirir. Qulaqcıq səyirməsi paroksizmal ola bilər, yəni bir neçə dəqiqədən bir neçə saatadək davam edir. Bəzən xronik də ola bilir. Qulaqcıq səyirməsi nadir hallarda həyati təhlükə yaradır.
  - Supraventrikulyar taxikardiya (SVT). SVT-ə mədəcikdən yuxarıda əmələ gələn taxikardiyalar daxildir.SVT adətən qəfil başlanıb qəfil də bitir. Bir neçə saniyədən, saatadək davam edir. SVT zamanı ürək vurğuları dəqiqədə 160-200 olur. Bu növ aritmiyalar daha çox cavan adamlarda rast gəlinir.

Mədəcik taxikardiyaları
 
Ventrikulyar taxikardiya (VT). Bu mədəciklərdə əmələ gələn, qeyri-normal-dəqiqədə 200-dən artıq yığılmaya səbəb ola bilir. Bu adətən ürək xəstəliyi olan şəxslərdə meydana çıxır, çox zaman da səbəb çapıq toxuması olur. Yəni bundan əvvəl keçirilmiş miokard infarktından sonra yaranan çapıq toxuması..
Ventrikulyar fibrilyasiya. Ventrikulyar fibrilyasiya zamanı ürək əzələsi yığıla bilmir və qanı damarlara qova bilmir. Bu da vital orqanların qan dövranının pozulmasına səbəb olur, nəticədə ölüm baş verir. Belə hallar təcili ürək-ağciyər reanimasıyasına göstərişdir.

Risk fatorları, müayinə və müalicəsi haqqında daha geniş bu linkdə oxuya bilərsiniz: Ürək ritminin pozulması

 


 

Bölüş
 
Banner
E-systems