Aspartat Amino Transferaza /ASAT/
Sinonim: Glutamic-oxaoacetic transaminase (GOT)
ASAT- Amin qrupunu Aspargin amin turşusundan alfa-keta qlütar turşusuna katalizə edən fermentdir. Ürək əzələsi, qaraciyər, və skelet əzələlərində geniş yayılmışdır. Həmçinin Böyrək, mədəaltı vəzi, agciyər v s rast gəlinir. Mİtoxondrial və sitoplazmatik izofermentləri mövcuddur. 30%-i stoplazmada, 70-%-i mitoxondrilərdə toplanır. Fermentin qanda normadan yüksək tapılması hüceyrə strukturunun dəyişilməsi və ya zədələnməsini göstərir.
Miqdarı artır: Miokard infarktı, Stenokardiyanın ilk sutkası, Kəskin virus hepatitləri (400- 1000 U.l). Kəskin revmokardit, Agciyər arteriyasının trombozu, Skelet azələrinin travması, Miopatiya, Kəskin pakreatit, Xolestaz
Miqdarı azalır: Qaraciyərin dağılması, Vitamin B6 defisiti
Material: Serum
Vahid: U/l
Norma: Kişi 10-50
Qadın 10-35
Uşaq
Klinik əhəmiyyəti: Miokard infarktidan 6-8 saat sonra ASAT-in qanda miqdarı yüksəlməyə başlayır, 24-36 saat ərzində maksimal həddə çatır, 5-6-ci günə normal miqdara enir. Ürək xəstəliklərində miqdari 2-20 dəfə yüksələ bilər.
Qeyd: ASAT və ALAT- ın qanda eyni zamanda təyin edilməsi patoloji prosesin lokalizasiyası və dərinliyi haqqında informasiya daşıdğından daha cox klinik əhəmiyyət kəsb edir. Belə ki, normada ASAT/ALAT nisbəti ( Ritis Əmsalı)1,33-dir. Ürək xəstəliklərində bu nisbətin yüksəlməsi, qaraciyər xəstəliklərində isə kiçilməsi müşahidə olunur.