|
Albumin qanda olan ümumi zülalın 60%-ni təşkil edir. Qaraciyərdə sintez olunur (15 q/sutka), yarımparçalanma dövrü 17-20 sutkadır. Plazmanın onkotik təzyiqinin 65-80%- i albuminin sayəsindədir. Keyfiyyət və kəmiyyətcə miqdarı dəyişilə bilər. Albuminin tərkibinin homogenliyi ilə əlaqədar olaraq keyfiyyət dəyişiklikləri çox nadir müşahidə olunur. Miqdarı artır (Hiperalbuminemiya): Dehidratasiyalar (ağır travma, böyük yanıqlar, vəba və s zamanı) Miqdarı azalır (Hipoalbuminemiya): Birincili ( yenidğulmuşlarda qaraciyər hüceyrələrinin inkişaf etməməsi- idiopatik), İkincili ( Qaraciyərin xroniki xəstəlikləri, Ümumi zülalın miqadrının azalmasına səbəb olan bütün xəstəliklər) Material: Serum Vahid: mg/dl Norma: 3200-5500 Qeyd: Albuminin miqdarının 2200-2400 mg/dl-ə düşməsi ağciyərlərdə ödemin yaranmasına səbəb olur.
Bölüş |