|
Kreatinin klearansı / CKREA / Göstəriş: böyrək çatışmazlığına şübhə olduqda yumaqcıqların filtrasiya sürətinin qiymətləndirilməsi Material: 1 ml serum və 10 ml 24 saatlıq sidik ( sidiyin yığılmış ümumi miqdarını, xəstənin boyu və çəkisini qeyd edin! ). Sidik birinci günün (ilk sidiyi daxil olmamaq şərtilə) səhərindən növbəti günün səhərinə qədər yığılmalıdır. Vahid: ml/dəq Norma: 70-160 Şərh: Azalma: böyrək çatışmazlığı, bəzi ürək çatışmazlığı Artım: hamiləlik, şəkərli diabetin ilkin mərhələsi, nefrotik sindrom.
Bölüş |