|
CA 15-3 /CA153/ CA 15-3 ( kanser antigen 15-3) yüksək molekullu mutsin-karbohidratdır( Polimorf epitelial mutsin-PEM). Normada vəzili orqanların mucosal ( selikli qişa) hüceyrələrində əmələ gəlir və orqan boşluqlarında ekskresiya məhsullarında tapılır. Sağlam insanlarda PEM qanda dövr etməsə də, bəzən serumda CA 15-3 izlər şəklində tapıla bilər. CA 15-3 süd vəzisi karsinomasının ambulator müalicəsində xəstəliyin gedişatının progressivləşməsi və ya yavaşıması haqqında informativ xüsusiyyət daşıyır. Xəstəyin lokallaşmış formasında Diaqnostik həssaslıq aşağı olduğuna görə CA 15-3 mama karsinoma skrininq testindən daha az uygun sayılır. Material: Serum Vahid: U/ml Norma: >36 Miqdarı artır: Süd vəzisi karsinoması, metastaz, yumurtalıq CA, endometrium CA, uşaqlıq boynu CA, qastro-entero CA; Xoşxgedişli xəstəliklərdə: Böyrək çatışmazlığı, HİV infeksiyası, xroniki qaraciyər iltihabı, revmatoid xəstəliklər, vərəm, mastopatiya, fibroadenoma.
Bölüş |