|
Follikul stimuləedici hormon, Follitropin / FSH / Ümumi: FSH və LH hipofiz vəzisinin ön pay hormonlarıdır. Onların formalaşması və ifrazı hipotalamusdakı GnRH-ın (qonadotropin rilizing hormonu) təsiri ilə baş verir. Göstəriş: hipoqonadizmə şübhə olduqda, hipoqonadizmin müxtəlif diaqnozu, sonsuzluq, spermatogenez pozğunluğu, perturbasiya tsikli, amonereya (menstruial tsiklin 6 ay və daha uzun müddətə pozulması), oligomenorrhea, erkən klimaks, menopauzada estrogen tərkibli dərman vasitələrinin qəbulu, ilkin ovulyasiya pozğunluğu ( Turner sindromu ) Material: 0,2 ml serum Vahid: mU/ml Şərh: Qadınlar: Artım: hipoqonadizm, postmenopauzada erkən klimaksın dəyişilməsi, hipofizar adenoma (FSH çox artır). Azalır: ikinci dərəcəli ovulyasiya pozğunluğu, hipofis-hipotalamus çatışmazlığı, prolaktinoma ilə hipotalamik- və hipofizial zədələr, xromofobik adenoma, stres, anerksiya (iştahanın itməsi), şəkərli diabet, hipotiroidizm, Morbus Kuşinq, sarı cismin çatışmazlığı, hiperprolaktinemik ovulyasiya pozğunluğu, sarkoidoz, histiositozis, Morbus Şeehan Kişilər: Artım: testikulyar hipoqonadizm: kriptorxizm, testikulyar atrofiya, uşaqlıq borularının disfunksiyası Azalır: hipofizial-hipotalamik hipoqonadizm, hipofizial-hipotalamik çatışmazlıq.
Bölüş |