|
Hemoqlobin elektroforez Ümumi: Hemoqlobin HbA2, HbF (fetal hemoqlobin) HbS (oraqvari hüceyrə hemoqlobini) yarımqruplarına bölünür. Göstəriş: Anemiya, hemoqlobinopatiyanın müəyyən edilməsi Material: 2 ml EDTA-lı qan Vahid: % Norma: HbA2: böyüklər: 1,3-3,5 yenidoğulmuşlar: <0,5 HbF: böyüklər: <2,0 5 yaşından kiçik uşaqlar: <5,0 Yenidoğulmuşlar: <80 (hər həftə təxminən 5% azalır) HbS: neqativ Şərh: HbA2 artır : molekulyar bioloji müayinə ilə dəqiqliklə β-talamessemiyanın (göstəricilərin ikiqat artımı) aşkar edilməsi tövsiyə edilir. Bax Talasemiya HbA2 azalır : yalnız molekulyar bioloji müayinə ilə α-talassemiya (eritrositlərin orta həcmi (MCV) azalır) əlamətlərinin aşkar edilməsi. Bax Talasemiya HbF artır: sferositoz, kəskin mieloid leykomiya (AML), xroniki mieloid leykomiya (CML), mieloftiz anemiya, müalicə olunmayan bədxassəli anemiya HbS artır: oraqvari hüceyrə anemiyası Bax: Oraqvari hüceyrə anemiyası, genetik test
Bölüş |