|
Kreatinin, serumda / KREA / Ümumi: Kreatinin əzələdə kreatin və kreatinfosfatdan əmələ gəlir. Əmələ gəlmiş kreatininin və serumdakı kreatininin miqdarı individual olub, əzələ kütləsindən asılıdır, fəaliyyətdən asılıdır. Normal böyrək fəaliyyətində kreatinin həmişə yumaqcıq filtrasiyası nəticəsində də ifraz olunur. Çox kiçik miqdarı metabolizmə uğrayır və ya bağırsaqların selikli qişası ilə xaric olunur. Göstəriş: məhdud yumaqcıq filtrasiya surəti ( hipertoniya, böyrək xəstəlikləri, ekstrarenal xəstəliklər, metabolizm pozğunluğu, hamiləlik və s. hallarda ), böyrək xəstəliklərində dərman preparatlarının təsirinin müşahidə edilməsi. Material: 1 ml serum Norma: 6 yaşa qədər: 0,3-0,7 6-12 yaş: 0,5-1,0 qadın: 0,5-1,3 kişi: 0,6-1,3 Şərh: Artım: nefrit, böyrək çatışmazlığı, eksikoz ( orqanizmdə maye itkisi ), əzələnin kəskin deyinteqrasiyası. Azalır: atrofik əzələ xəstəliyi
Bölüş |