|
Qlükoza (NaF-li venoz plazma, hemolizat kapilyar qanda ) Material:Götürülmüş 2ml venoz plazma NaF-li şəkər qabına və ya kapilyar qan bütov kapilyar ilə hemolisat qabına tökülür. Diqqət: kapilyar qan həmişə təmiz səthdən götürülməlidir, əks halda səhvən yüksək nəticələr ola bilər (məsələn, uşaqların barmağında yedikləri şirninin izi qala bilər). Vahid: mg/dl Norma: ac qarnına: 60-100 Yeməkdən 1 saat sonra: <160 Yeməkdən 2 saat sonra: <120 QEYD: Qanın hansı şəraitdə (ac qarnına, yeməkdən 1 və ya 2 saat sonra) götürülməsinin qeydi xahiş olunur. Şərh: Artım: şəkərli diabet, pankreas xəstəliyi, hiperkortisolizm, hipertiroidizm, feoxromositoma, akromeqaliya, hemoxromatozis, qaraciyər xəstəlikləri; Azalma: insulinoma, antidiabetik yüklənmə, ekstrapankreatik şişlər, malabsorbsiya sindromu, xroniki alkoqolizm;
Bölüş |