|
Eakulyat Sinonim: Spermoqramma
Spermoqamma Kişilərin nəsilartırma qabilliyyəti haqqında informativ xüsusiyyət daşıyır. Müayinənin nəticəsi ancaq eakulyatda spermatzoidlərin tamamən olmaması (azoospermiya) zamanı 100% dəqiqlik göstərir, digər hallarda 20% yalnışlığa yol verilə bilər.
Spermioqrammada aşağıdakı parametrlər nəzərdən keçirilir: eakulyatın miqdarı, spermaların sayı, hərəkətlilik, PH, özlülük, hemalaun boyalı mikroskopik differensiasiya, iltihab və ya bakteriyaların mövcudluğunda əlavə olaraq baktereoloji müayinə.
Material: Toxum mayesi. Material steril qabda götürülməli və laboratoriyaya 1 saatdan gec olmayaraq bədən temperaturu qorunmaqla çatdırılmalı və ya laboratoriyada toplanmalıdır. Müayinədən 4-5 gün öncə abstensiya vaxtı gpzlənilməlidir.
Norma: Eakulyatın miqdarı: 2,5-5 ml
Spermaların ümumi sayı: 25-120 mln/ml
pH: 7,2-7,6
Rəngi: Bozumtul-ağ
Qoxusu: yeni şabalıd ətirli
Özlülük: Normal
Hərəkətlilik: Aktiv (60-90%), Zəif (10-15%), Hərəkətsiz (2-5%)
Aqqlütinasiya: (+)
Differensiasiya: Spermaların, deformasiya formalarının (baş, boyun və quyruq), spermiogenez hüceyrələrin %-lə ifadə olunmuş sayına, aqqlütinasiya qabiliyyətinə (+, ++, +++, ++++) bakteriyaların mövcudluğuna görə aparılır. Qeyd: Əlavə müayinə olaraq euakulyatda fruktuzonın təyini məsləhət görülür. Həmçinin FSH, LH və testesteronun serumda yoxlanması əhəmiyyətli ola bilər. Nomenklatura
| Aspermiya | Eakulyat yoxdur | Nevrogen və ya mexaniki səbəblər ( retroperitoneal limfoadenoektomiya, şəkərli diabet, onurğa beyin arterial trombozu, dərman mənşəli. | | Azoospermiya | Müayinə materialında Spermatazoid yoxdur, spermatogenez hüceyrələri yoxdur. | Daşınma perturbasiyası: anadangəlmə (aplaziya, digeneziya, pH azalması, fruktoza azalmazı, iltihabi (epididimit) və yatrogen (vazektomiya). Xaya həcmi və FSH normada. Produktiv perturbasiya: Xaya parenximası zədələnməsi, FSH adətən həmişə yüksəlmiş, adətən xaya həcmi kiçilmiş. | | Astenozoospermiya | 50%-dən az spermatozoidlər sürətli, proqressiv, düzxətli yertutan və 50%-dən az spermatozoidlər inert, duzxətli və ya qeyri-düz xətli yertutan. Və ya 25%-dən az spermatazoidlər sürətli, düzxətli, proqressiv yertutan. | | Hemospermiya | Eakulyatda eritrositlər var. Qırmızımtıl rəng. | | Hiperspermiya | Eakulyatın miqdarı 6 ml-dən çoxdur. | | Kritozoospermiya | 1ml-də 1mln-dan az spermotozoid. | | Nekrozoospermiya | Hərəkətsiz (ölü) spermatazoidlərin miqdarının çoxluğu | | OAT sindromu | Oliqoastenoteratospermiya | Yetərincə inkişaf etməmiş normal spermatozoidli Oliqozoospermiya | | Oliqozoospermiya | Spermatazoidlərin ümumi sayı 20 mln/ml-dən az | | Polispermiya | Spermatazoidlərin ümumi sayı 250 mln/ml-dən az | | Parvispermiya | Eakulyatın miqdarı 2ml-dən az | Prostat vəzi xəstəlikləri, varikoz genişlənmə, emosionla stress, masturbasiya problemləri | | Piospermiya | Bakteriyalarla çirklənmiş eakulyat | Kəskin prostatik vesikulit, pH >8 | | Teratozoospermiya | Patoloji formaların sayı çoxdur, normal spermatazoidlər 30%-dən azdır. | | Aqqlütinasiya | (+) zəif –tək-tək spermatazoidlər yapışıb (++) orta- 50%-dək spermatazoidlər yapışıb, ancaq baş hissələrində (+++) güclü- spermatazoidlər həm baş, həm də quyruq hissələrində yapışırlar (++++) kütləvi- bütün spermatazoidlər yapışıb
|
Bölüş |