|
Somatotropin hormonu ( “ Boy hormonu” ) / STH / STH hipofiz vəzisində sintez olunur və boyun uzununa artımını stimulə edir. Antiinsulin, anabolik, anti-uretik və lipolotik effektə malikdir. Yarım yaşama dövrünə uyğun (15-20 dəqiqə) qeyri müntəzəm ifraz edilir. Qoca yaşlarında ifrazat zəifləyir ( “somatik fasilə” ). Bu da xolinergik tonun və hipotalamik antiqonist- somatostatinin artmasına səbəb olur. Endogen boy hormonu ifrazatının azalma əlamətləri IGF 1 və IGFBP 3-ün qatılıqlarının azalmasıdır. Hipofiz vəzi pozğunluğu olan xəstələrdə hiperlipidemiya (HDL azalır, LDL artır) müşahidə olunur. STH əksər hallarda serumda göstəricisi aşağı olur, fərdi hallarda diaqnostik məqsədlər üçün az əhəmiyyətlidir. Material: 1 ml serum Vahid: ng/ml Norma: 1 aya qədər: 13-53 3 aya qədər: 4-37 1 yaşa qədər: 3-27 Böyüklərdə: 10-a qədər Qeyd: STH defektinə şübhə olduqda GHRH-ın (somatotropin rilizinq faktoru) müayinə edilməsi məsləhət görülür. Şərh: Artır: akromeqaliya ( TRH ilə stimulyasiyadan sonra STH və prolaktin artır), əsəb anoreksiyası Azalır: STH çatışmazlığı, başqa sözlə hipofiz vəzisinin pozğunluğu nəticəsində boy artımı azalır, osteoporoz, onurğa sümüyünün sınması [IGFBP (isuluinəbənzər boy faktoru) azalması]
Bölüş |