|
Elektoroneyroqrafiya nədir? Elektoroneyroqrafiya (ENQ) sinirlərin elektrik aktivliyini və keçiriciliyini ölçür. Müayinə nəticələrinə əsasən sinirdə elektrik impulslarının ötürülmə sürəti (NLG) müəyyən edilir. NLG sinirin funksiya göstəricisidir. Əgər zədələnmə varsa o zaman əyri dəyişilir. ENQ necə aparılır? Elektrodlar xəstənin dərisinə bərkidilir. Oyadıcı elektroddan sinirə ən azı 2 nöqtədən zəif, çox qısa müddətli impulslar göndərilir. İmpulsun Aparıcı elektroda çatma vaxtı ölçülür və qeyd olunur. Siniri qıcıqlandırmaqla bu qıcığa əzlənin əks reaksiyasını da təyin etmək olar. Iki elektrod arasında müddəti təyin etməklə sinirdə impulsun ötürülmə sürətini təyin etmək olar. Bədəndə hər bir sinirin xaralkter impuls ötürücülük sürəti var. Əgər o zəifləmişsə, yaxud cavab tamamilə yoxdursa bu, müayinə olunan sinirin zədələnməsini göstərir. Xəstəlikdən asılı olaraq bir neçə sinirin müayinəsi tələb oluna bilər. ENQ nə vaxt aparılır? ENQ müxtəlif sinir və əzələ xəstliklərinin diaqnostikasında istifadə olunur. Əksər hallarda EMQ (əzələ aktivliyinin ölçülməsi) ilə kombinə olunmuş şəkildə icra olunur. Onların köməyi ilə müxtəlif xəstəliklər zamanı (məs. şəkərli dabet) sinir zədələnmələrini (Polinevropatiyalar), onların növünü və ağırlığını təyin etmək mümkündür. Bu müayinənin hansı riskləri var? Qısamüddətli elektrik impulsları xəstə üçün xoşagəlməz və ağrılı ola bilər. Qıcıqlanma kimi xoşagəlməz hissiyyat meydana çıxa bilər və tezliklə itib gedir. Ümumilikdə isə ciddi ağırlaşmalar bir qayda olaraq rast gəlinmir.
Bölüş |