Banner
EKQ nədir? PDF

Elektoroneyroqrafiya (ENQ) sinirlərin elektrik aktivliyini və keçiriciliyini ölçür. Müayinənin nəticəsi sinirdə elektrik impulslarının ötürülmə sürətinə (NLG) əsasən müəyyən edilir. NLG sinirin funksional göstəricisidir. Əgər sinirdə zədələnmə varsa, əyri dəyişilir.

ENQ necə aparılır?

Elektrodlar xəstənin dərisinə bərkidilir. Oyadıcı elektroddan sinirə ən azı 2 nöqtədən zəif, çox qısa müddətli impulslar göndərilir. İmpulsun Aparıcı elektroda çatma vaxtı ölçülür və qeyd olunur.

Siniri qıcıqlandırmaqla bu qıcığa əzələnin əks reaksiyasını da təyin etmək olar. Iki elektrod arasında impulsun ötürülmə müddətini təyin etməklə sinirdə impulsun ötürülmə sürətini təyin etmək olar.

Bədəndə hər bir sinirin xarakter impuls ötürücülük sürəti var. Əgər o zəifləmişsə, yaxud cavab tamamilə yoxdursa, bu, müayinə olunan sinirin zədələnməsini göstərir. Xəstəlikdən asılı olaraq bir neçə sinirin müayinəsi tələb oluna bilər.

ENQ nə vaxt aparılır?

ENQ müxtəlif sinir və əzələ xəstəliklərinin diaqnostikasında istifadə olunur. Əksər hallarda EMQ (əzələ aktivliyinin ölçülməsi) ilə kombinə olunmuş şəkildə icra olunur. Onların köməyi ilə müxtəlif xəstəliklər zamanı (məs. şəkərli dabet) sinir zədələnmələrini (Polinevropatiyalar), onların növünü və ağırlığını təyin etmək mümkündür.

Bu müayinənin hansı riskləri var?

Qısamüddətli elektrik impulsları xəstə üçün xoşagəlməz və ağrılı ola bilər. Qıcıqlanma kimi xoşagəlməz hissiyyat meydana çıxa bilər və tezliklə də itib gedir. Ümumilikdə isə , bir qayda olaraq, ciddi ağırlaşmalara rast gəlinmir.


 

Bölüş
 
Banner
E-systems