ETİBB Onlayn Tibb Maarifi
Banner
Ağızda pis qoxu PDF

Ağızda pis qoxu və ya halitoz anlayışları adətən ağız boşluğundan xoşagəlməz iyin gəlməsini təsvir edir. Ağızda pis qoxunun olması daha çox insanın özü tərəfindən deyil ətrafdakılar tərəfindən təyin edilr və bəzən böyük psixoloji sarsıntılara gətirib çıxarır. Hətta bəzi insanlarda Halifobiya deyilən psixoloji hal da inkişaf edir. Bu insanların ağızlarından pis qoxu gəlməsə belə əksinin olmasına inanırlar. Təcrübəmizdə belə vəziyyətdə hətta cərrahi əməliyyat tələb edən xəstələrə də rast gəlinir.

85-90% hallarda ağızda pis qoxu ağız boşluğunda olan problemlərdən qaynaqlanır. Qoxunun intensivliyi gün ərzində fərqli ola bilir. Adətən, səhərlər ağızda iyi daha çox olur. Ağızda iyi bəzi qidalardan (soğan, sarımsaq, ət, balıq, pendir və s.), köklük, siqaret və ya alkoqol qəbulundan da qaynaqlana bilir. Bəzən isə ağızda iyi keçici olur və yeməkdən və ya diş fırçaladıqdan sonra əmələ gəlir və tez də itir. İyinin xarakteri əsas səbəbdən aslı olaraq fərqli ola bilir.

Son zamanlar aparılan tədqiqatlar sübut ediblər ki, dil üzərində qoxu törədən bakteriyaların çoxalması və metilmerkaptan və hidrogen sulfit (ingiliscə, methylmercaptan və hydrogen sulfite) buxarının formalaşması ağızda iyin əsas səbəblərindəndir.  

Yaşlı əhalinin 2,4%-ində (ABŞ-da) ağızda pis qoxunun olmasından şikayətlənir. 25% hallarda ağızda pis qoxunun olması davamlı xarakter ala bilər. Bu isə həmin insanların həm şəxsi, həm də iş həyatlarında ciddi problemlər yaradır. Ağızda davamlı olaraq pis qoxunun olması insanlarda daimi stress yaradır və onlarda özünə güvənin azalması ilə nəticələnə bilər.

Səbəblər

 Ağızda qoxunun fərqli səbəbləri mövcuddur:
  - Qida. Qida hissəciklərinin ağız boşluğunda və dişlərin ətrafında qalması və parçalanması pis iyi yaradır. Efir yağına malik qidaların qəbulu ağızda pis iyin digər səbəbidir. Efir yağları müxtəlif bitkilərdən alınır və bunları aşağıdakıları nümunə göstərmək olar: dəfnə, evkalipt, şam, zeytun, qızılgülü, jasmin, kərəviz, sidr ağacı və s. Soğan və sarımsağın ağızda iyi yaratması hamıya bəlli olan bir fakdır. İyi yalnız qida qalıqlarının ağız boşlüğunda qalmasından deyil, həm də qeyd edilən yağların qana sovrulması və ağciyərlərə daşınması ilə bağlıdır. Bu yağlar ucucu olduğu üçün ağciyərlərdən xaric olur və tənəffüs zamanı ətrafa yayılır. Soğan və sarımsaq onların qəbulundan 72 saat sonra belə ağızda qoxu yaradır.     
  - Diş problemləri. Dişə düzgün gigyenik xidmətin göstərilməməsi və dişətrafı toxumalarda xroniki iltihabın olması ağızda pis qoxunun əsas səbəblərindəndir. Əgər dişinizi hər gün yumur və  fırçalamırsınızsa qida hissəcikləri ağız boşluğunda qalır və qoxu törədən bakteriyaların çoxalmasına və metilmerkaptan və hidrogen sulfit (ingiliscə, methylmercaptan və hydrogen sulfite) buxarının formalaşmasına gətirib çıxarır.  Zaman keçdikcə bakteriyalar diş üzərində rəngsiz təbəqə əmələ gətirir. Əgər bu bakterial təbəqə qalmaqda davam edirsə damaqlarınızı qıcıqlandıraraq iltihab yaradır (qinqivit) və hətta irinliyin əmlə gəlməsi ilə nəticələnə bilir. Bakterial təbəqə diş və damaq arasında cibciklər də yarada bilir ki, bu periodontit adlanan xəstəlyin yaranmasını şərtləndirir. Diş sırasının düzülüşündə problemin olması da qoxu törədən bakteriyalar və qida hissəciklərinin toplanmasına şərait yaradır.     
  - Ağızda quruluq. Ağız suyu ağız boşluğunun islanması və təmizlənməsində əsaslı rol oynayır. Ağızın quru olması ölmüş hüceyrələrin dil, damaq və yanaqda toplanıb qalmasına  səbəb olur ki, bu da sonradan onların parçalanaraq iyi törətməsinə səbəb olur. Ağızda quruluq normal fizioloji hallarda yatan zaman qeyd olunur. Məhz bu səbəbdən də bəzən səhərlər ağızda qoxu olur. Bəzi dərmanlar və siqaret çəkmə ağızda xroniki quruma yaradan səbəblərdəndir.
  - Xəstəliklər.  Xroniki ağciyər xəstəlikləri və ağciyər absesi ağızda çox dözülməz  qoxuya səbəb ola bilir. Xərçəng və metobolik pozğunuqlar ağızdan spesifik iyin gəlməsinə səbəb ola bilər. Məsələn, böyrək çatışmazlığı sidik qoxulu nəfəs yarada bilir. Qraaciyər çatışmazlığı zamanı “balıq qoxulu” nəfəs qeyd olunur. Nəzarət edilməyən şəkərli diabet meyvə iyisini xatırladan iyi verə bilər. Qastroezofageal Reflüks Xəstəliyi (QERX) zamanı da ağızdan iyi qeyd edilir.
  - Ağız, burun və boğaz xəstəlikləri. Burunətrafı ciblərin infeksiyaları ilə əlaqədar olaraq burun axıntısı geri qırtlağa da keçə bilir və ağızda iyi törədə bilir. Uşağın ağızından pis qoxunun gəlməsi onun burunun da yad cismin qalması üzündən yarana bilər. Qırtlaq infeksiyaları da tam təmizlənənə qədər nəfəsin qoxulu olmasına səbəb ola bilir. Bronxitlər və digər yuxarı tənəffüs yolu infeksiyaları da ağızdan pis qoxunun əmələ gəlməsinin digər səbəblərindəndir.
  - Tütün məmulatları. Siqaret çəkmə ağız boşluğunu qurudur və ağızda qoxunun yaranmasına səbəb olur. Tütün məmulatlarını istifadə edənlər də periodontal diş xəstəliklərinin əmələ gəlmə ehtimalı yüksəkdir.
  - Ciddi pəhriz. Ciddi pəhriz saxlayan insanlarda ketoasidoz üzündən ağızda meyvə iyili qoxu yarana bilər.

Həkimə nə zaman müraciət etməli

Bir çox hallarda ağızda iyi adi gigyenik qaydalara əməl etməklə aradan qaldırıla bilər. Əgər ağızda iyi gigyenik tədbirlərlə aradan qalxmırsa, bu zaman həkimə müraciət etməniz tövsiyyə olunur.  

Evdə nə etməli

Bir çox hallarda qidalanma və həyat tərzini dəyişməklə həkimə müraciət etmədən belə ağızda pis qoxudan qurtula bilərsiniz.  Aşağıdakıları tövsiyyə edə bilərik:
  - Hər yeməkdən sonra dişlərinizi yuyun. Diş fırçanızı işdə də saxlayin və günorta yeməyindən sonra dişinizi qisaca fırçalayın.  Çalışın gün ərzində heç olmasa iki dəfə 2-3 dəqiqəlik dişlərinizi fırçalayın.
  - Dişarasından qida qalıqlarını təmizləyin. Çalışın gün ərzində heç olmazsa bir dəfə dişlər arasında qalan qida qalıqlarını təmizləyin. Protez istifadə edirsinizsə buna daha çox diqqət yetirməniz gərəkdir.  
  - Dilin üzərini təmizləyin. Dilin üzərini tez-tez təmizləyin. Bununla ölmüş hüceyrələr, bakteriya və qida qalıqları təmizlənmiş olur. Dilin üzərini təmizləmək üçün xüsusi fırçalar satılır. Bakteriyalar daha çox dilin arxa hissəsində toplanmağı xoşladığı üçün bu hissənin təmizlənməsinə xüsusilə doqqət verin.
  - Çoxlu su için. Çoxlu su qəbulu ağız boşluğunun nəm saxlanmasına və dil üzərində qalan qida qalıqları və bakteryiların yuyulub aparılmasına kömək edir. Saqqız çeynəmə ağız suyu vəzilərini qıcıqlandırır və ifraz edilmiş ağız suyu qida qalıqları bə bakteriyaları yuyur.    
  - Diş fırçanızı tez-tez dəyişin. Bir diş fırçasından uzun müddət istifadə etdikdə onn keyfiyyəti düşür və təmizləmə qabiliyyəti azalır. Odur ki, tövsiyyə olunur ki, 3 aydan bir dəyişməklə yumşaq fırçalardan istifadə edin.
  - Mütəmadi diş həkimində profilaktik yoxlama. Ən azı ildə iki dəfə diş həkimində profilaktik müayinədə olun. Müayinə zamanı lazım gələrsə həkiminiz dişlərin dibini təmizləyə bilər.
  - Gün ərzində nanəli konfetlərdən istifadə edin. Nanəli konfetlərin sovrulması ağızdan pis iyin gəlməsinin qarşısını alır.

Bölüş
 
Banner