Banner
Sağlam qidalanma
Selen və onun xərçəng əleyhinə rolu PDF

Selen 1818-ci ildə İsveç kimyasıçısı Jons Jacob Berzelius tərəfindən aşkarlanmış və yunan mifologiyasından ay allahının adi ilə adlandırılmışdır. 140 il sonra Schwarz və Foltz tərəfindən aparılan eksperimentlər zamanı Selenin heyvan qaraciyərində təyin edilən əsas elementlərdən birinin olması aşkarlanmışdır. Selenin insan sağlamlığında rola malik olması haqqında fikirlər keçən əsrin 60-cı illərində meydana çıxmağa başladı və bu gün  Selenin insan sağlamlığında əhəmiyyəti barədə alimlər arasında yekdil fikir formalaşmışdır (Arthur, 2010). Selen yeganə elementdir ki, insanın genetik materialında iştirak edir (Frausto da Silva &Williams, 2009). 

Ardı...
 
Sağlam Qidalanma Piramidası PDF

Harvard Universitetinin İctimai səhiyyə bölməsindən olan nutroloqlar Sağlam Qidalanma Piramidası yaratdılar və 2008 ci ildə o yeniləndi. Sağlam Qidalanma Piramidasının yaradılması üçün pəhriz və sağlamlığın əlaqəsini təsdiq edən ciddi elmi dəlillərdən istifadə edilmişdir. Sağlam Qidalanma Piramidası gündəlik idman və çəkiyə nəzarət üzərində qurulmuşdur. Niyə bu iki element? Çünki, bunlar sizin sağlam olmaq imkanlarınıza əhəmiyyətli dərəcədə təsir göstərən elementlərdir.

Ardı...
 
Gələcəyin 5 ən Yaxşı Qida Məhsulları PDF

Sarımsaq, brokkoli, soya, araxis və qızıl balıq. On il öncə bunlar 5 ən yaxşı qida məhsulları hesab edilirdi. Yeni elmi kəşflər bu siyahıya daha yeni qida məhsulları əlavə etməyə imkan vermişdir. Gələcəyin “ulduz” qida məhsulları haqqında aşağıda qısa məlumat veririk. Sadalanan qida  məhsullarə avtoritet elmi mənbəllərin məlumatları əsasında seçilmişdir.  Məlumatlar Amerika Birləşmiş Ştatlarının Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məruzələrindən götürülmüşdür.

Ardı...
 
5 ən sağlam qida məhsulu PDF

Qızıl balıq. Qızıl balıq zülal və LDL xolesterini azaldan, HDL xolesterini artıran omeqa 3 yağ turşularının zəngin mənbəyi hesab olunur. 2002-ci ildə Amerika Ürək Assosiasiyası (American Heart Association) həftədə ən azı 2 dəfə, xüsusilə də qızıl balıq kimi yağlı balıq növü yeməyi tövsiyyə etmişdir. Hazırda süni şəraitdə yetişdirilən qızıl balıq keyfiyyətli hesab edilmədiyi üçün təbii yetişmişlərə üstünlük verilir. Konservləşdirilmiş qızıl balıqlar adətən təbii şəraitdə yetişənlərdir.

Ardı...
 
Banner
E-systems