|
Alzheimer xəstələri insulindən faydalana bilərmi? |
|
SEATTLE – Archives of Neurology buraxılışında nəşr edilən bir tədqiqata görə yüngül dərəcədə koqnitiv pozuntusu və ya Alzheimer xəstəliyi olan insanlar intranazal (burundaxili) insulin müalicəsindən fayda əldə edirlər. Araşdırmanın tədqiqatçıları Alzheimer xəstələyində mərkəzi sinir sistemində insulinin miqdarının və aktivliyinin azalmış olduğunu müəyyən ediblər.İnsulin pozğunluğunun erkən dövründə sinaptik itki və yaddaş zəifliyi ilə xarakterizə olunan Alzheimer xəstəliyinin patofiziologiyasına təsiri olduğu müəyyən edilmişdir.
|
|
Ardı...
|
|
Selen tərkibli qidalar yoğun bağırsaq xərçənginin qarşısını alır |
 Almaniyanın Heydelberq, Böyük Britaniyanın Aberdeen Universiteti və Azərbaycanın Elmi Cərrahiyyə Mərkəzinin əməkdaşlığı ilə aparılan tədqiqat işi yoğun bağırsaq xərçənginin formalaşmasında selen tərkibli zülalların roluna aydınlıq gətirmişdir. İşin nəticəsi tanınmış “Anticancer Research” jurnalında (http://ar.iiarjournals.org/content/31/9/2693.short) çap edilmişdir. Bu tədqiqat azərbaycanlı həkimlər Vüqar Yaqublu, Səbinə Babayeva və həmkarları tərəfindən aparılmışdır. Tədqiqatlar yoğun bağırsaq xərçənginə görə əməliyyat edilmiş xəstələr üzərində aparılmış və müəyyən edilmişdir ki, selen tərkibli proteinlər orqanizmdə yoğun bağırsaq xəçənginin yaranması əleyhinə fəaliyyət göstərən əsas faktorlardan arasındadır. |
|
Ardı...
|
|
Süni mayalanma (İVF) Nobel mükafatı aldı |
|
Fiziologiya və Tibb üzrə 2010-cu il Nobel mükafatını Robert G. Edwards (1925) alldı. Robert G. Edwards bu mükafata Süni mayalanmanı kliniki praktikaya gətirən tədqiqatlarına görə layiq görüldü. O Nature jurnalında müsahibəsində Süni mayalanma (İn vitro fertilizasiya) ideyasının necə meydana gəlməsini izah edib. 1950-ci illərdə Edinburg Universitetində Alan Beatty-nin rəhbərliyi altında PhD dissertasiyası üzərində çalışan Edwards siçan embrionlarında xromosom zədələmələrini öyrənirdi. Bu zaman, o, fərqli genetik tədqiqatlarla yanaşı siçanların süni fertilizasiyasını da dərindən öyrənib. Bu tədqiqatlar onda insanlarda sonsuzluq probleminin süni mayalanma yolu ilə aradan qaldırmaq ideyasına gətirdi.
|
|
Ardı...
|
Virus hepatitləri insanlar arasında geniş yayılmış xəstəlikdir. Dünyada 500 milyon xroniki Hepatit C və B xəstəsi var və hər 12 nəfərdən biri bu viruslardan birinin daşıyıcısıdır. Təəssüf ki, yoluxmuş insanlardan çoxunun bundan xəbəri yoxdur. Bu xəstəliyə qarşı mübarizənin əsas hədəflərindən biri insanların maarifləndirilməsidir. Həkimlər və Təbib Tələbələr Birliyi (AMDS) Gənclər və İdman Nazirliyi ilə birlikdə gənclər arasında virus hepatitlərinin yayılmasının qarşısını almaq üçün geniş maarif işi başlamışdır.
|
|
Ardı...
|
|
Hepatit C virusu daşıyıcıları yüksəlmiş ölüm riski qarşısında |
|
“Reuters Health”-in verdiyi məlumata görə (Avqust, 2009) Yaponiyada aparılmış bir tədqiqat Hepatit C virusu (HCV) ilə yoluxmuş insanlarda ölüm riskinin artdığını təsdiq edir. Tədqiqatçılar Yopiniyanın HCV epidemiyası olan bir regionda aparılmış və 1125 anti-HCV pozitiv insan 10 il müddətində (1995-2005) müşahidə edilmişdir. 10 ilin sonunda HCV daşıyıcıları arasında ölüm 28.0% olsa da, HCV daşıyıcısı olmayanlarda isə bu rəqəm 17,9% olmuşdur. Orjinal məqalə burada |
|
Ardı...
|
|
|
<< Başlanğıc < Geri 1 2 3 İrəli > Son >>
|
|
Səhifə 1 / 3 |