|
H1N1 virusu həqiqətənmi Qlobal təhlükədir? |
|
Bu sualı çoxları verir. ABŞ-ın Mayo Klinikasının həkimi Dr.James M.Steckelberg bu suala belə cavab verir: "H1N1 virusu 2009-cu ilin yazında tapılan yeni bir virusudr. Hər bir kəsin ona tutulma ehtimalı var. H1N1-in DNT-si düsdüyü mühitdə asanlıqla dəyişərək fərqli alt-tiplər yaradır. 2009-cu ilin iyun ayında Ümumdünya Səhiyyə Təşkilatı H1N1 virusunun pandemiyasını rəsmən elan etmişdir. Hər bir kəs üzünü H1N1-llə yoluxmadan qorumalıdır Sevindiricidir ki, H1N1 virusuna qarşı vaksin hazırlanmışdər və bu təhlükənin azalmasına xidmət edir".
H1N1 virusu ilə yoluxmanın letallıq (ölüm) göstəriciləri haqqında ilkin məlumatlar mövcuddur. Science jurnalında çap olunan məqalədə bu haqqda statistik məlumatlar verilmişdir. Meksikada bu ilin Aprel ayında 23.000 insan H1N1 virusu ilə yoluxmuşdur. Yoluxanlar arasında orta ölüm göstəricisi 0,4% olmuşdur. 15 yaşından kiçik uşaqlarda 61% hallarda kəskin kliniki gediiş qeyd ediulmişdir. Yaşlılarda isə bu göstərici iki dəfə az olmuşdur (29%). Bölüş |