|
Tipik donuz qripi virusu adətən donuzlarda qrip törədir. Hələ 1930-cu ildə donuz qripi virusunun donuzlar arasında pandemiyası məlumdur. Bu virusun donuz femalarında işləyən insanlara yoluxmasına az-az olsa da rast gəlinir və yoluxma onalrən həyatı üçün ciddi təhlükə yaratmır Hətta, xəstə insanlardan digərlərinə yoluxma az-az rast gəlinir. Bu il qriplə xəstələnən insanların laborator müayinəsi zamanı adi fəsil qripindən fərqli bir virusa rast gəlinir. İl zamanlar onun donuz qripi virusuna bənzəməsi haqqında məlumatlar çıxır. Amma bu məlumatlar sonralar təsdiq edilmir.
2009-cu ilin Aprel ayında başlayan yoluxma zamanı xəstələrdən götürülən materialın tədqiqi zamanı laboratoriya mütəxəssisləri bu yeni virusun DNT-sində çoxlu sayda donuz qripinə xas olan genlər tapmışlar və buna görə də onu donuz qripi adlandırmışlar. Amma sonrakı tədqiqatlar göstərmişdir ki, bu virus Şimali Amerikada donuzlarda rast gəlinən virusdan çox fərqlidir. H1N1 virusunu "dördlü reassotant" virus adlandırırlar. Çunki bu virusun genomunda dörd "valideyin"dən genlər vardır. H1N1 virusunun DNT-sində Avropa və Asiyada yaşayan doznuzlarda, quşlarda rast gəlinən qrip virusunda və insanlarda olan genlər təyin edilir.
__________ Mənbə: ABŞ-ın “Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi” (US Centers for Disease Control and Prevention). Bölüş |