Banner
Süni mayalanma (İVF) Nobel mükafatı aldı

Fiziologiya və Tibb üzrə 2010-cu il Nobel mükafatını Robert G. Edwards (1925) alldı. Robert G. Edwards bu mükafata Süni mayalanmanı kliniki praktikaya gətirən tədqiqatlarına görə layiq görüldü.  O Nature jurnalında müsahibəsində Süni mayalanma (İn vitro fertilizasiya) ideyasının necə meydana gəlməsini izah edib.  1950-ci illərdə Edinburg Universitetində Alan Beatty-nin rəhbərliyi altında PhD dissertasiyası üzərində çalışan Edwards siçan embrionlarında xromosom zədələmələrini öyrənirdi. Bu zaman, o, fərqli genetik tədqiqatlarla yanaşı siçanların süni fertilizasiyasını da dərindən öyrənib. Bu tədqiqatlar onda insanlarda sonsuzluq probleminin süni mayalanma yolu ilə aradan qaldırmaq ideyasına gətirdi.

Onun bu ideyasına münasibət fərqli idi. Xüsusilə də kilsə süni mayalanma tədqiqatlarının insan nümunəsində həyata keçirilməsinin əleyhinə idi. Amma Edwards İngilis kilsəsindən və bir qədər sonra Gürcü kilsəsindən Süni mayalanma üçün dəstək əldə etdi. Süni mayalanmanın eksperimentlərdən kliniki praktikaya gətirilməsinin professional tərəfləri Edwards-a elə də asan başa gəlmədi. Yuxusuz gecələr, yorulmadan çalışma və inam 1978-ci ildə Louise Brown-un  süni mayalanma yolu ilə dünyaya gəlməsilə uğurla yekunlaşdı. Louise Brown Oldhamda rayon xəstəxanasında 25 iyul gecəyarısı dünyaya gəldi. Tibb elminə və insanlığa verdiyi bu töhfəyə görə Robert Edwards 2010-cu ildə Tibb və Fiziologiya üzrə Nobel mükafatına layiq ğörüldü.

Hazırladı: "Etibb"

Bölüş
 
Banner
E-systems