|
SEATTLE – Archives of Neurology buraxılışında nəşr edilən bir tədqiqata görə yüngül dərəcədə koqnitiv pozuntusu və ya Alzheimer xəstəliyi olan insanlar intranazal (burundaxili) insulin müalicəsindən fayda əldə edirlər. Araşdırmanın tədqiqatçıları Alzheimer xəstələyində mərkəzi sinir sistemində insulinin miqdarının və aktivliyinin azalmış olduğunu müəyyən ediblər.İnsulin pozğunluğunun erkən dövründə sinaptik itki və yaddaş zəifliyi ilə xarakterizə olunan Alzheimer xəstəliyinin patofiziologiyasına təsiri olduğu müəyyən edilmişdir.
Seattle, Vaşinqton Universiteti Tibb Fakultəsi və “Veterans Affairs Puget Sound Health Care System” tədqiqatçılarından Dr.Suzanne Craft və əməkdaşları yüngül amnestik koqnitiv pozğunluğu və ya Alzheimer xəstəliyi olan yetkinlərdə intranazal insulin müalicəsinin beyin funksiyaları, serebral qlükoza metabolizmi və serebrospinal maye biomarkerləri üzərində olan effektini dəyərləndirmək üçün randomizə olunmuş araşdırma apardılar. Araşdırmada 3 qrup yaradıldı. Dörd ay müddətində 36 xəstəyə gündə 1 dəfə 20 İU insulin, 38 xəstəyə gündə 1 dəfə 40 İU insulin və 30 xəstəyə isə gündə 1 dəfə plasebo müalicə verildi. Müalicələrin hamısı intranazal tətbiq edildi. Plasebo qrupu ilə müqayisədə gündə 1 dəfə 20 İU insulin verilən qrupun gecikmiş geri çağırma funksiyasında yaxşılaşma müşahidə edildi. Insulin verilən hər iki xəstə qrupunda gündəlik funksional aktivlik qorunub saxlandı. Yüngül amnestik koqnitiv pozğunluğu olan xəstələrdə hər 2 müalicədə ağırlaşma baş vermədi. Nəticə olaraq amnestik yüngül koqnituv pozğunluğu və ya Alzheimer xəstəliyi olan xəstələrdə intranazal insulinin koqnitiv funksiyası və serebral qlükoza metabolizmini stabilləşdidiyi və ya yaxşılaşdırdığını göstərdi. Tədqiqatçılar bu əlamətlərin intranazal insulin müalicəsi ilə bağlı insulinin Alzheimer xəstəliyinin patogenezindəki rolu üzrə araşdırmaya yönəlmiş tədqiqatlara zəmin hazırlayacağını bildirdilər. Dada geniş aşağıdakı linkdə oxuya bilərsiniz: Intranasal Insulin Therapy for Alzheimer Disease and Amnestic Mild Cognitive Impairment Təqdim etdi, Şahverənov Allahverdi Email:
This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it
Bölüş |