Patologiya: Düyünlü ur (zob) 45 yaşlı xəstədə (qadın) iki il öncə düyünlü ur diqnozu qoyulmuş və terapevtik müalicə aparılmışdir. Müalicə effektiv olmadığı və böyümüş düyünlərin xəstəni çox narahat etməsi səbəbindən total tireoidektomiya əməliyyatı icra edilmişdir. Şəkildə əməliyyatın yekunlaşdırılmasından öncə n.recurrens göstərilmişdir. Tireoidektomiya əməliyyatı zamanı rast gəlinən ən ciddi ağırlaşmalardan biri n.recurrens-in zədələnməsidir. Bu sinirin zədələnməsi səsin itməsi, tənəffüs fəaliyyətinin ciddi pozulmasına gətirib çıxara bilir. Odur ki, müasir cərrahiyyədə n.recurrens-in vizual olaraq görmədən tireoidektomiyanın yekunlaşdırılması tövsiyyə olunmur. Təqdim edib Dr.med. Yaqublu Vüqar
|