Yoğun bağırsağın adenokarsinoması 64 yaşlı xəstə (kişi) bağırsaq keçməməzliyi diqnozu ilə təcili əməliyyata götürülmüşdür. Əməliyyat zamanı köndələn çənbər bağırsağın mənfəzini qapayan törəmə qeyd olunur. Xəstəyə xərçəng nayihəsindən 15-20sm proksimal və distal olaraq kolektomiya və Hartman əməliyyatı icra edilmişdir. Bağırsağın davamlılığı 2-3 ay sonra bərpa olunacaq və xəstə dərhal onkoloqun nəzarəti altında xərçəng əleyhinə müalicəyə başlayacaqdır. Təqdim edib: Dr.med. Yagublu Vüqar |