Yoğun bağırsaq daxilində təzyiq, qidalanma pozğunluğu onun divarının nazilməsinə və bağırsağın mənfəzindən kənara çıxan kisəciklərin əmələ gəlməsinə səbəb olur. Bu kisəciklər divertikul adlandırılır. Divertiul bütün yoğun bağırsaq boyu rast gəlinə bilər. Amma ən çox rast gəlinən bölmə S-ə bənzər bağırsaqdır. Yoğun bağırsaqda divertikulların olması divertikulyoz adlandlandırılır. |