Haqqımızda

Sağlamlıq sosial, iqtisadi və individual inkişafın, eləcə də yaşam keyfiyyətinin əsas şərtlərindən biridir. Sağlamlıq kimi bir dəyərin qorunması təkcə səhiyyə orqanlarının deyil bütün cəmiyyətin qeydinə qalmalı bir dəyərdir. Ümumdünya Səhiyyə Təşkilatı (WHO) insanların sağlamlıq haqqında biliklərinin artırılmasını icmaların əsas hədəflərindən biri hesab edir. İnsanların xəstəliklər, onları yaradan faktorlar, diaqnostik üsullar, xəstəlik hallarında müalicə vasitələri haqqında bilikli olmaları onların sağlam yaşamına töhfə verə biləcək faktordur. 

İnsanlar onların sağlamlığına zərər verə biləcək faktorlar haqqında məlumatlı olmalıdırlar. Bununla yanaşı, onlar sağlamlıqlarında problem yaranan zaman nə etməli olduqları  dəqiq bilməli və xəstəlikləri həkimlərilə birgə mübarizə aparmalıdırlar.     

"Etibb online tibb maarifi"  layihəsinin əsas məqsədi insanlarımızda sağlamlıq haqqında biliklərin artırılmasıdır. Burada verilən məqalələr avtoritetli mənbələrdən istifadə edərək tərtib edilmişdir. Hər bir məqalədə tərtibatçı və istifadə edilən ədəbiyyat haqqında məlumat verilmişdir. Digər tərəfdən səhifədə tibb tələbələri və gənc həkimlərin də bəhrələnə biləcəyi bölmələr mövcuddur. 

Hörmətlə, 

Dr.med.Yaqublu Vüqar 

"Etibb Online Tibb Maarifi" Layihəsinin  Rəhbəri