Bütün məqalələr

Hepatit B

Ümumi: Hepatit B diametri 42nm olan, nüvə və membrandan ibarət hissəcikdir. Nüvə ikizəncirli DNT turşusundan və DNT polimerazadan təşkil olunmuşdur. Hepatit B HEPADNA virusları qrupuna aiddir. Qeydə alınmayan HBc-AG HBs-AG-yə daxili cisim kimi birləşir və udulur. Ayrıldıqdan sonra o qeyri-individual  HBeAG kimi serumda müəyyən olunmur. İnfeksion hepatitlər istisna edildikdə, autoimmun hepatitlərin müayinə edilməsi məsləhət görülür.

Inkubasiya dövrü: 60-180 gündür. Yoluxma parenteral, perinatal və cinsi baş verir.

Profilaktika: HB immunoqlobulinin az dozası və ya hepatit B peyvəndi

İnfeksiyalaşma: infeksiya mənbəyi HBs anticismi, Hbe anticismi və ya HBV-DNS olan serumlardır.
Hepatitlər hamiləlik ərzində inkişaf edərək anaya da müəyyən çətinliklər yara bilər. Embriona zədə effektləri hələ məlum deyil. İnfeksiya körpəyə perinatal yoluxa bilər. HB-pozitiv ananın uşağında xəstəlik ehtimalı 12%-dir. Pozitiv Hbe-AG halında isə 90% uşaqlar risk daşıyıcısı və ya uzunmuddətli   fəsadları olan xəstəliklərə ( hepatitlər, qaraciyər karsinoması) tutulurlar.

Seroloji icmal

 

Mərhələ  HbsAgHBeAgaHBsaHBc IgMaHBcaHBeİnfeksiyalaşmış DNT
Inkubasiya dövrü++----+++±
Kəskin hepatit B ++-++-++++
Xroniki aktiv hepatit B+±-±+-++++
Aşağı virus aktivlikli xroniki aktiv hepatit B+±-±+±++±
Xroniki davamlı hepatit B+±-±++±±
Erkən+±±±+±++±
Gec--+±++-±
Qeyri-aktiv--+-++--
*aşağıda baxın  + +     
**aşağıda baxın ----+---

 *HbsAg və aHBs eyni zamanda pozitiv olur:

  1. Hepatit B-nin hər iki yarımqrupu ilə reinfeksiya olduqda,
  2. Kəskin Hepatit B-də HBs-Ag-nin eliminasiya fazası olduqda,
  3. aHBs pozitiv olan şəxsin HBV-mutant (aminturşuların mubadiləsini göstərir (arginin əvəsinə qlisin) ilə yoluxması. İndiyə qədər belə variantlar yalnız peyvəndlərdən sonra və Aralıq dənizi sahillərində müşahidə edlib.


**İzolə edilmiş aHBc müşahidə olunur:

  1. Anadangəlmə yoluxmuş uşaq,
  2.  Aşağı HBs-Ag qatılıqlı xroniki hepatit B
  3. passiv immunizasiya ( aHBc ilə vertikal yoluxma, immunoqlobulin qəbulu, qan törəmələri ilə müalicə),
  4. Əgər özünü biruzə verməyən HBs-Ag olarsa (adətən anti-Hbe buhallarda mövcud olur) aHBs itikisinə məruz qalan və ya kəskin infeksiyanın “ diaqnoz pəncərəsi ”-nə düşən HBV infeksiyası

Hepatit B

...

Laboratoriya testləri / 775 dəfə oxunub

Faktor II (Protrombin)

Ümumi: Faktor II qlükoproteid olub, euqlobulinlərə aiddir.Faktor XII, Faktor V, fosofolipidlər və kalsiumun təsirilə protrombin parçalanaraq trombin əmələ gətirir. Faktor II qaraciyərdə vitamin K-nin iştirakı ilə əmələ gəlir.

Protrombinin miqdarı vitamin K-nin endo- və ekzogen çatışmazlığı nəticəsində, böyrək və mədə-bağırsaq traktının ağır zədələnmələri nəticəsində natamam protrombin sintez edildikdə azalır. Faktor II-nin anadangəlmə defektləri də müşahidə olunur. Qeyri-düzgün antikoaqulyantlar faktor II-nin qanda sintezini məhdudlaşdirmaqla  onun miqdarını azaldır.

Protrombinin miqdarına əsasən böyrəklərin funksional vəziyyəti haqda fikir yürütmək olar. Böyrək xəstəliklərində protrombinin miqdarının azalması protrombin müddətinin uzaldılmasıa nisbətən daha çox rast gəlinir.

Protrombinin miqdarı 40%-dən aşağı olduqda qanın laxtalanma müddəti pozulur. Protrombinin qanda funksiyasını yerinə yetirməsi üçün minimum səviyyəsi 20-40%-dir. Daha aşağı səviyyə olduqda əməliyyatdan sonra qanaxmaların olma ehtimalı çox yüksəlir.

Qanaxmanın dayandırılması üçün lazim olan minimum protrombinin miqdarı 10-15%-dir. Bundan aşağı olduqda xəstəyə protrombin yeridilmədən qanaxmanın dayandırılması qeyri-mümkündür. DVS-sindromunda ( Yayılmış Damardaxili laxtalanma sindromu) ikinci mərhələdən başlayaraq protrombinin miqdarı azalır.

Faktor II-nin səviyyəsinin artması trombozun inkişafına səbəb olur.

Göstəriş: ailədə kütləvi tromboembolizm, cavan yaşlarda tromboembolizmin yaranması, arterial damarın zədələnməsi.

Material: EDTA-lı qan, monovetin üzərində xəstənin adı, familiyası, təvəllüdü qeyd edilib dondurlmadan laboratoriyaya göndərilir.

Vahid:  ED/l və ya %

Norma:  0,5-1,5k və ya 60-150%-dir.

Protrombin

...

Laboratoriya testləri / 1205 dəfə oxunub

Kortizol serumda / CORT /

Ümumi:  Kortizol qlükokortikosteroid olan kortizol adenohipofizdən AKTH (adenokortikotropin hormonu)hormonu ilə gecə-gündüz ritmləri ilə əks-əlaqə mexanizmi əsasında  böyrəküstü vəzinin qabıq maddəsində sintez olunur. Kortizolun həyati əhəmiyyətli təsirlərindən biri də karbohidrat və amin turşuları metabolizminə, ürək və qan dövranına və digər orqanların (böyrək, mədə, beyin və.s) fəaliyyətinə təsir göstərir. Plazmada kortizol xüsusi proteinə (kortikosteroid birləşmiş qlobulin) birləşmiş şəkildə olur. Yalnız sərbəst korrtizol bioloji aktivdir və böyrəklər vasitəsilə ifraz olunur.

Göstəriş: hiperkortikolizmə şübhə, böyrəküstü vəzinin hiperfunksiyası

Material: 1 ml serum və ya plazma
Vahid:     ng/ml
Norma:   Plazmada kortizolun miqdarı sutka ərzində dəyişdiyindən müayinə günün konkret vaxtında aparılmalıdır. Ən yüksək miqdarı səhər saat 08:00, ən aşağı miqdarı axşam saat 23:00-da müşahidə olunur.
Böyüklər:

50-250  saat 8:00
0-50      saat 24:00
Uşaqlar(<15 yaş):  50-150  saat 8:00

Şərh: Artım: böyrəküstü vəzinin hiperfunksiyası (səbəbləri: Kuşinq sindromu, adrenal adenoma, adrenal karsinoma, AKTH-in adenohipofizdə normadan artıq sintezi, süd vəzisi xərçəngində ektopiklik), stres, hipoqlisemiya, hamiləlik

Azalma: böyrəküstü vəzinin ilkin və ikincili çatışmazlığı (Addison, adenohipofiz çatışmazlığı, AGS (adenogenital sindrom), deksametazon ilə müalicə.

CORT

...

Laboratoriya testləri / 549 dəfə oxunub