Bütün məqalələr
Kerniikterus (Bilirubin ensefalopatiyası) yenidoğulmuşlarda kəskin sarılıq nəticəsində yarana bilən və az-az rast gəlinən nevroloji vəziyyətdir.

Səbəbləri

Kerniikterus qanda bilirubinin yüksək miqdarda olması üzündən yaranır.  Bilirubin qırmızı qan hüceyrələrinin (eritrositlərin) əsas tərkib elementlərindən biri olan hemoqlobinin parçalanması nəticəsində alınır. Bilirubin qan vasitəsilə qaraciyərə daşınır və qaraciyərdə ödün tərkibinə keçərək öd yolları vasitəsilə on iki barmaq bağırsağa  ötürülür. Bir çox xəstəliklər zamanı bilirubin öd yollarına daşına bilmir və qanın tərkibində normadan (<17 mkmol/l) artıq olur. Bu artım davamlı olarsa və bədən zəif olarsa bilirubin qan damarlarından keçərək beyin toxumasında toplanır və baş beyinin zədələnməsinə gətirib çıxarır.  Odur ki, daha çox Kerniikterus hələ bədəni tam möhkəmlənməmiş yenidoğulmuşlarda qeyd olunur. Adətən kerniikterus doğuşdan sonra ilk həftədə, bəzən isə üçüncü həftədə qeyd olunur.  Kerniikterus şərtləndirən səbəblərdən biri də Bilıirubinin birləşdirilməsində əsaslı rolu olan Uridin  Difosfat  Glukuronil Transferazanın (UDPGT) yenidoğulmuşların 3-4 aylığına qədər tam aktiv olmamasıdır.

Aparılmış epidemioloji tədqiqatlar Keriniikterus səbəblərinin rast gəlmə tezliyini aşağıdakı kimi müəyyən etmişlər:
  - Hemolitik hallar – 19%
  - Qlükoza-6-fosfat dehidrogenaza çatışmazlığı – 22%
  - Doğuş travması – 15%
  - Krigler-Nacar sindromu, qalaktozemiya və sepsis – 7%
  - Naməlum səbəblərdən – 37%
Bu rəqəmlər fərqli ölkələrdə dəyişə bilər. Təəsüf ki, ədəbiyyatlarda ölkəmizdə Kerniikterusun səbəblərinin rast gəmə tezliyi haqqında məlumat yoxdur.

Əlamətlər

Keriikterusun əlamətləri mərhələsindən aslı olaraq bir-birindən fərqlənir. İlkin mərhələlərdə aşağıdakı əlamətlər qeyd edilə bilər:
  - Güclü sarılıq
  - Qorxu refleksinin olmaması
  - Ana döşünü həvəssiz və zəif əmmə
  - Güclü yuxuculluq
Orta mərhələdə əlavə olaraq aşağıdakı əlamətlər qeyd oluna bilər:
  - Yüksək səslə ağlama
  - Boyun və belin geriyə qatlanması  
  - Əmgəyin şişkinliyi
  - Tutmalar
Gecikmiş mərhələdə əlavə olaraq aşağıdakı əlamətlər qeyd oluna bilər:
  - Eşitmə problemləri
  - Əqli gerilik
  - Əzələ bərkliyi
  - Danışıq problemləri
  - Tutmalar
  - Hərəki pozğunluqlar

Müayinələr

Hər şeydən öncə qanda bilirubinin miqdarı təyin ediləcəkdir. Kerniikterus zamanı qanda ümümi bilirubin normadan ((<17 mkmol/l)) bir neçə dəfə yüksək olur.

Müalicə

Sarılığın səviyyəsindən və səbəbindən aslı olaraq fərqli müalicə üsulları mövcuddur. Əsas hədəf Kerniikterusun qarşısının alınması olmalıdır. Buna qanda hiperbilirbinemiyanın miqdarının azaldılması ilə nail olmaq olar. Kəskin dövrdə plazma və qan transfuziyası hiperbilirubinemiyanın azaldılması nöqteyi-nəzərindən əhəmiyyətli ola bilər. Bütün bədənin mavi işıqla süalandırılması bilirubinin parçalanması və daha həll olunan hala düşməsinə səbəb olur. Odur ki, fototerapiya istifadə edilməsi gərəkən ilkin effektiv müalicə metodlarından biri hesab edilir. Bununla yanaşı, oral kalsium fosfatın verilməsi də bilirubin ekskresiyasına kömək edir. Bu müalicə üsulları hiperbilrubinemiyanı müəyyən qədər azaltsa da tam müalicəvi effekt almaq mümkün olmur. Qaraciyər transplantasiyası xüsusilə də I Tip Kriqler-Nacar sindromu üçün daha təsirli müalicə vasitəsilə hesab edilir.
Gen terapiyası gələcək vəd edən müalicə üsulu kimi göstərilir. Eksperimental modellər üzərində aparılan tədqiqatlar gen terapiyasının effektiv ola biləcəyini göstərir.

Ədəbiyyat

1.    Johnson L, Brown AK. A pilot registry for acute and chronic kernicterus in term and near-term infants. Pediatrics. Sept 1999;104:(3):736.
2.    Taketomo CK, Hodding JH, Draus DM. Pediatric Dosage Handbook. 10th ed. Cleveland, OH: Lexi-Comp, Inc; 2003.
3.    Sgro M, Campbell D, Shah V. Incidence and causes of severe neonatal hyperbilirubinemia in Canada. CMAJ. Sep 12 2006;175(6):587-90.
4.    American Academy of Pediatrics, Subcommittee on Hyperbilirubinemia Management of hyperbilirubinemia in the newborn infant 35 or more weeks of gestation. Pediatrics. 2004;114: 297-316.


Kerniikterus

...

Şikayətlər / 625 dəfə oxunub
Halitofobiya nəfəsdən pis qoxunun gəlməsi qorxusudur. Bəzən ağızda pis qoxu olmasa belə insan inanır ki, onun ağızından xoşagəlməz qoxu gəlir. Bu inam həmin insanı digərləri  ilə unsiyyətdən uzaqlaşdırır və onun cəmiyyətdən izolyasiya olunmasına gətirib çıxarır.

İlk baxışda elə də ağır olmayan bir prolem kimi görünür. Amma əslində digər fobiyalar kimi aradan qaldırılması çətin ola biləcək bir problemdir. Xüsusilə də ona görə ki, bu fobiya insan bədəni ilə əlaqəlidir. Adətən belə fobiyalar daha ciddi hesab edilir və insanlarda natamamlıq hissi formalaşdırır. Öz bədən quruluşlarına görə narahatçılıq keçirən və hətta onu faciəyə çevirən belə insanlar tez-tez plastik cərrahiyyə stoluna uzanırlar. Bizim təcrübəmizdə halifobiyası olan bir gənc hətta fundoplikasiya (o inanırdı ki, qoxunu yaradan diafraqmanın qida borusu dəliyinin yırtığıdır) əməliyyatı tələb edirdi.

Tədqiqatlar göstərir ki, halifobiya əhalinin 1%-də (ABŞ-da) qeyd edilə bilər. Əgər təklikdə bu qorxunu aradan qaldıra bilmirsinizsə mütəxəssis məsləhəti üçün müraciət edin. Halitofobiya çox ciddi bir haldır və diqqət mərkəzində saxlanılmalıdır.

Həkimə nə zaman müraciət etməli?

Əgər özünüzdə halitofobiya əlamətləri hiss edirsinizsə bunu öz gücünüzə aradan qaldırmağa çalışın. Yaxınlarınız sizin nəfəsinizdən heç bir iyin gəlməməsini təsdiq edirlərsə onlara inanmağa çalışın. Adətən insanın öz nəfəsinin iyisini qiymətləndirə bilməsi çətin olur. Əgər sizin nəfəsinəzdə iyin olmasını yaxınlarınız da təsdiq edirsə  bu da elə bir ciddi problem deyil və yüz minlərlə insan da bu hal ola bilər. Nəfəsin pis iyili olması mümkündür və onu asanlıqla aradan qaldırma yolları da vardır. Daha geniş buradan oxuyun: Ağızda pis qoxu  

Elə forbiyalar var ki, onlar asanlıqla aradan qaldırılır. Məsələn, hündürlükdən və ya təyyarədə uçmaqdan qorxu kimi fobiyları aradan qaldırmaq çox asandır. Sadəcə olaraq qorxunu yaradan şəraitdən uzaq durmaqla belə fobiyalardan azad olmaq olar. Amma insan bədəni ilə bağlı olan fobiyalar elə də asan aradan qaldırıla bilmir. Odur ki, əgər özünüz halitofobiya halını aradan qaldıra bilmirsinizsə psixoterapevtlərə müraciət etməniz məqsədəuyğundur. Ölkəmizdə bu ixtisas sahibləri az olsa da son dövrlər sayları artmaqdadır. Onların yaxından köməyi ilə siz halitofobiya halından uzaqlaşa bilərsiniz. Psixoteravtlər adətən

Halitofobiya

...

Şikayətlər / 500 dəfə oxunub

“Böyümüş vəzilər” termini bir və bir neçə limfa düyününün böyüməsini izah edir. Limfa düyünləri immun sistemin tərkib hissəsi olan limfatik sistemin əsas elementidir. Bəzən səhvən limfa düyününün böyüməsinə vəzi böyüməsi deyirlər. Bu termin elmi cəhətdən o qədərdə düzgün səslənmir. Çünki limfa düyünləri vəz deyil və heç bir maddə sekresiya etmir.

Limfa düyünləri normada bir neçə millimetr ölçüdən 1-2 sm ölçüyə qədər ola bilər. Böyümüş limfa düyünləri öz normal ölçüsündən 2-3 dəfə böyük olur. Uşaqlarda limfa düyününün ölçüsü 1 sm-dən çox olarsa böyümüş hesab edilir.

Limfa düyünlərinin yerləşdiyi əsas yerlər qasıq, qoltuqaltı, boyun, çənəaltı, qulaq arxası nayihəsi və  başın arxasıdır. Hansı qrup limfa düyünün böyüməsi problemin bədənin hansı hissəsində olmasından aslıdır və böyümənin səbəbinin müəyyən edilməsində kömək edə bilər.

Səbəblər

  - Soyuqdəymə
  - Mononukleoz
  - Tonzillit
  - Parotit   
  - Sinus infeksiyası
  - Qulaq infeksiyası
  - Dəri infeksiyası
  - Dış problemləri
  - Hodgkin xəstəliyi
  - Qeyri-Hodgkin limfoması
  - Leykemiya
  - Tuberkulyoz
  - Qızılca
  - Sarkaidoz
  - Toksaplazmoz
  - Yuxarı respirator infeksiya
  - Sifilis
  - Gingivit
  - Diş dibinin absesi
  - Cinsi yolla keçən xəstəliklər
  - Revmatoid artrit

Əgər böyümə qəflətən əmələ gəlirsə və ağrılıdırsa bunun səbəbi daha çox infeksiya və ya zədələnmə ola bilər. Tədricən böyüyən və ağrısız lifma düyünləri bir çox hallarda xərçəngin əlaməti ola bilər.  Bəzi dərman maddələrinin istifadəsi, məsələn, phenytoin (anti-epileptik) və ya bəzi vaksinasiyalar (tif immunizasiyası) limfa düyünlərinin böyüməsinə səbəb ola bilər.

Ev tədbirləri

Limfa düyünlərində olan ağrı müalicənin ilk günlərində keçəcəkdir. Amma şişkinliyin aradan qalxması bir neçə həftə çəkə bilər. Vəzilərin ağrılı olmasının əsas səbəbi onların infeksiya ilə mübarizə aparmaq məqsədilə dərhal şişkinləşməsidir.   
Həkimə nə zaman müraciət etməli
  - Limfa düyünləri bir neçə həftə ərzində kiçilmirsə və ya böyüməyə davam edirsə
  - Böyümüş vəzilər qımlzı rəngdə və gərgin olarsa
  - Limfa düyünləri əllədikdə nahamar olur və yerinə fiksasiya olunmuş olarsa
  - Sizdə hərarət, gecə tərləmələri və naməlum səbəbli arıqlama varsa
  - Uşaqlarda limfa düyünü 1 sm-dən böyükdürsə

Həkimin müayinəsi

Sizin həkim ilk olaraq fiziki müayinə aparacaq, sizin əllənə biləcək limfa düyünlərinizin ölçüsünü, quruluşunu, hərarətini, gərginliyini və digər xüsusiyyətlərini müəyyən etməyə çalışacaq.  
Aşağıdakı müayinələri həyata keçirə bilər:
  - Qanın ümümi və biokimyəvi analızi
  - Limfa düyünlərinin biopsiyası
  - Döş qəfəsinin rentgen müayinəsi
  - Qaraciyər və dalağın kompüter tomoqrafiyası  


Limfa düyünlərinin Böyüməsi

...

Şikayətlər / 17343 dəfə oxunub

Normada nəcis qaraciyərdə sintez edilən öd turşularının iştirakı ilə qəhvəyi rəngdə olur.  Nəcisin rənglənməməsi ödün bağırsaqlara nəqlində problemin olmasının göstəricisidir.  Adətən nəcisin rənglənməməsi dəri və görünən selikli qişaların sarı   və sidiyin isə tünd rəngdə olması  ilə müşayət olunur.

Səbəblər

Nəcisin rənglənməməsinin əsas səbəbi öd yollarında bu və ya digər xarakterli tıxanmanın olmasıdır. Öd yollarının tıxanması aşağıdakı xəstəliklər zamanı müşahidə edilə bilər:  

  - Ümumi öd axarının xərçəngi və ya xoşxassəli şişi

  - Ümumi öd  axarının strikturası (daralması)

  - Ümumi öd axarında daş

  - Öd yollarının anadangəlmə daralması

  - Sklerozlaşan xolangit

  - Qaraciyər  sirrozu

  - Virus hepatitləri (A,B,C)

  - Mədəaltı vəzi başının bəd və ya xoşxassəli şişi

  - 12 barmaq bağırsağın törəməsi

Həkimə nə zaman müraciət etməli?

Əgər nəcisin rəngində öz adi qəhvəyi rəngindən fərq hiss edirsinizsə mütləq həkimə müraciət edin. Yaxşı olar ki, bir başa qastroenteroloq, yəni, mədə-bağırsaq həkimi ilə məsləhətləşəsiniz. Həkiminiz sizinlə söhbət etdikdən sonra nəcisin rəngində baş verən dəyişikliyin səbəbini  təyin etmək məqsədilə bəzi müayinələr təklif edəcəkdir. Bu müayinələrə aşağıdakıların hamısı və ya bir neçəsi aid edilə bilər:

  - Qanın ümumi analizi

  - Qanın biokimyəvi analizi (Bilirubin və fraksiyaları, ALT, AST, QF)

  - Qanda Hepatit viruslarının təyini (əsasən, HCV və HBV)

  - Onkomarkerlər (CEA, CA 19-9 və ya CA-72-4)

  - Qarın boşluğunun Ultrasəs Müayinəsi

  - Endoskopik müayinə (ERCP daxil olmaqla)

  - Kompüter Tomoqrafiyası

 Həkiminiz diaqnozun tam qoyulması və differensiasiyası məqsədilə digər müayinələr də təklif edə bilər.

 

Axolik nəcis

...

Şikayətlər / 986 dəfə oxunub

Abdominal rigidlik deyərkən qarın əzələlərində gərginlik başa düşülür. Normada qarın yumşaq olur və əllə basdıqda müqavimət hiss edilmir. Amma bəzi hallarda qarına əllə toxunduqda və ya basdıqda qarın divarında gərginlik müəyyən edilir. Gərginliklə yanaşı əsasən qarında kəskin ağrılar da qeyd edilir. Bəzi hallarda bu əlamətlərə ürəkbulanma, qusma, qarının şişməsi də əlavə olunur. Gərginlik adəti üzrə qarının hər iki yarısında qeyd edilir.

Səbəbləri

Qarında gərginliyin yaranmasının əsas səbəbi qarını daxildən əhatə edən örtüyün yəni periton qişasının qıcıqlanmasıdır. Periton qişasının qıcıqlanması aşağıdakı səbəblərdən yaranır:

  - Qarının travması

  - Peritonit

  - Kəskin appendisit

  - Kəskin xolesistit

  - Mədə-bağırsaq perforasiyası (deşilməsi)

Həkimə nə zaman müraciət etməli?

Qarında qərginlik qəfləti və ya tədricən başlayan ağrı ilə müşayət olunur. Bəzən qarında gərginlik xəncər zərbəsini xatırladan ağrı ilə başlayır ki, bu da qarında boşluqlu orqanlardan birinin (daha çox mədənin) deşilmnəsinin əlamətidir. Odur ki, qarında ağrı ilə müşayət olunan gərginlik qeyd edilirsə dərhal həkimə müraciət edilməlidir. Qarında gərginlik törədən xəstəliklərin ev şəraitində müalicəsinə cəhd göstərmək xəstənin həyatı üçün ciddi təhlükə törədə bilər. Belə hallarda hər an qiymətlidir və gecikməklə qarında baş verən yerli zədələnmənin sistem pozğunluqlarına gətirib çıxarmasına rəvac verilir.

Ədəbiyyat

Proctor DD. Approach to the patient with gastrointestinal disease. In: Goldman L, Ausiello D, eds. Cecil Medicine. 23rd ed. Philadelphia, Pa: Saunders Elsevier; 2007:chap 134.

Postier RG, Squires RA. Acute abdomen. In: Townsend CM, Beauchamp RD, Evers BM, Mattox KL, eds. Sabiston Textbook of Surgery. 18th ed. Philadelphia, Pa: Saunders Elsevier; 2008:chap 45.


Abdominal rigidlik

...

Şikayətlər / 707 dəfə oxunub

Apnoe tənəffüsün dayanması deməkdir. Apnoe zamanı ağciyərin həcmi yerində olsa da tənəffüs əzələləri işləmir və ağciyərlərlə xarici mühit arasında hava mübadiləsi olmur. İnsan orqanizmi özündə boyuk oksigen ehtiyatı yarada bilmir və xaricdən daxil olan oksigendən aslı vəziyyətdədir. Odur ki, qisa müddət tənəffüsün dayanması orqanızmdə ciddi oksigen çatışmazlığına səbəb olur. Apnoe uzun müddət davam edərsə bədən daxilində, xüsusilə də beyində geriyə dönməyən zədələnmə baş verə bilər. Yalnız xüsusi şərtlər altında apnoe zamanı bədənin oksigenlə təminatını idarə etmək olar. Bunlara hiperbarik oksigenasiya, hipotermiya, ekstrakorporal membran oksigenasiyası kimi metodları aid etmək olar.

Səbəbləri

1.Tənəffüs yollarının mexaniki səbəbdən tutulması
  - Dilin geriyə qatlanması
  - Tənəffüs yollarının yad cisimlərlə tutulması
  - Tənəffüs yollarının qan və seliklə tutulması
  - Qirtlağın ödemi,
  - Qırtlağın spazmı,
  - tənəffüs yollarının şişi
2.Ürək fəaliyyətinin dayanması
3.Baş beyində tənəffüs mərkəzlərinin iflici
  - İntoksikasiya
  - Baş beyinin və ya onurğa beyinin xəstəliyi və ya zədələnməsi
  - Pnevmotoraks
  - Döş qəfəsinin travması
  - Ağciyər ödemi
  - Asfiksiya
  - Şok
4.Yuxu pozğunluğu sindromu

Ümumi rast gəlinən əlamətləri:
 
  - Sianoz, üzün göyərməsi
  - Göz bəbəyinin genişlənməsi
  - Daha sonra ürək fəaliyyətinin dayanması əlamətləri qoşulur

 

Apnoe

...

Şikayətlər / 646 dəfə oxunub

Anuriya (anurez) sutka ərzində sidik ifrazının 100ml-dən az olmasıdır. Anuriyanın meydana çıxması böyrəyin sidik yaratma funksiyasının pozulması və ya sidik yolunun şiş və ya daşla tutulması kimi səbəblərdən qaynaqlana bilir. Anuriya böyrək xəstəliklərinin son mərhələsi kimi də özünü göstərə bilər.

Səbəbləri

Anuriyaların səbəbləri dörd qrupda təsnif olunur:

  - Prerenal  

  - Renal

  - Postrenal

  - Nevrogen

Prerenal Anuriya aşağıdakı səbəblərdən qaynaqlana bilər:

1.    Qan həcminin çatışmamazlığı. Bu aşağıdakı hallarda mümkündür:

  - Kəskin qanaxma – məsələn, travmalar, əməliyyat və ya mədə-bağırsaq qanaxmaları   

  - Su və elektrolit çatışmamazlığı – məsələn, qusma və ya ishal zamanı su və elektrolitlərin itkisi

  - Maye itkisi – məsələn, bağırsaq keçməməzliyi, kəskin pankreatit, peritonitlər zamanı mayenin qarın və bağırsaq boşluğuna ifraz ed

2.    Qan dövranında baş verən pozğunluqlar. Bu aşağıdakı hallarda mümkündür:

  - Şok – məsələn, kardiogen, septik, anafilaktik şok  

  - Ağciyr emboliyası

3.    Endogen toksemiya. Bu aşağıdakı hallarda mümkündür:

  - Hemoliz nəticəsində

  - Mioliz nəticəsində

  - Pankreatit

4.    Ekzogen toksemiya. Bu aşağıdakı hallarda mümkündür:

  - Nefrotoksik dərmanların qəbulu, məsələn, Gentamycin, Cephalotin və Rentgen Kontrast maddəsi

  - Nefrotoksik maddələr, məsələn, orqanik həlledicilər, ağır metallar və s.

Renal anuriya aşağıdakı səbəblərdən qaynaqlana bilər:

1.    Böyrəyin parenximatoz patologiyaları. Buna aşağıdakılar aid edilə bilər:

  - Kəskin nefritlər

  - Kəskin qlomerulonefritlər

2.    Böyrəyin vaskulyar patologiyaları. Buna aşağıdakılar aid edilə bilər:

  - İkitərəfli böyrək qabığının nekrozu

  - İkitərəfli böyrək arteriyasının tutulması

  - Damar nefropatiyaları

Postrenal anuriya sidik axınının bu və ya digər səbəblərdən pozulması nəticəsində baş verir:

  - Daş

  - Şiş

  - Qanaxma

  - Porostatın böyüməsi

Nevrogen anuriya aşağıdakı səbəblərdən sidik axını heç bir mexaniki maneə olmadan pozula bilir:

  - Onurğa beyni nayihəsində şiş

  - Mərkəzi Sinir Sisteminin pozğunluqları, məsələn, Parkinson xəstəliyi

  - Dərman maddalərinin qəbulu, məsələn, Psixotrop dərmanlar

Müayinə  

Həkim ilkin olaraq aşağıdakı müayinələri edəcəkdir:   

  - Ultrasəs müayinəsi

  - Sidiyin ümumi analizi

  - Qanın ümümi analizı

  - Qanın laxtalanma göstəriciləri

  - Qanda kreatinin və sidik cövhəri

  - Qanda ümümi protein

  - Qanda şəkər, Ca, P

Əgər bu müayinələrlə səbəb tam aydınlaşdırıla bilməzsə həkiminiz sizə digər müayinələr təklif edə bilər:

  - Qlomerular Filtrasiya Dərəcəsinin təyini

  - Kreatinin Klirens Dərəcəsinin təyini  

  - EKQ

  - Döş Qəfəsinin Rentgeni


Anuriya

...

Şikayətlər / 1061 dəfə oxunub