PSA

Prostat Spesifik Antigen /PSA/

PSA molekulyar çəkisi 30-34 kDalton olan qlikoproteindir. Prostat Spesifik Turş Fosfataza (PSP-Prostate Spesific acidic Posphatase) kimi prostat vəzi hüceyrələri tərəfindən sintez olunur və orqan spesifik tumormarker hesab olunur. PSA-nın prostat vəzi sekresiyasında konsentrasıyası plazmada olduğundan million dəfə çoxdur. Sağlam orqanizmdə PSA toxumplazmasının (seminalplasma) azalmasına xidmət edir. Hüceyrə stressə məruz qaldıqda ( iltihab, dağılma, manipulyasiya) PSA prostat vəzin bazal hüceyrə membranınını əhatə edən birləşdirici toxumadan penetrasiya edirç damar sisteminə daxil olur və plazma səviyyəsi yüksəlir.

Material: Serum

Vahid: ng/ml

Norma: 

30 yaşa-dək    <2

30 yaş-dan sonra <4

Treshold range  4,0-10,0
                 

Miqdarı artır: Prostat vəzi karsinoması, metastaz, Prostatit, Prostat vəzin infarktı, prostat vəzin kompressiyası (axacağın kataterizasiyası, sitoskopiya, axacaq çıxacağının obstruksiyası), xoşgedışli prostat hiperplaziyası. Həmçinin, qastrointestinal və hipernefroid karsinomata, leykoz, hepatik sellular karsinonata.

Kliniki əhəmiyyəti: Prostat vəzi karsinomasına şübhə olduqda, prostat vəzi karsinomasında və  prostat vəzi rezeksiyasından sonra radioterapiya, hormonal terapiyada alan şəxslərdə müalicəyə kontrol məqsədilə, prostatitdə əhəmiyyətlidir.

Qeyd: PSA qanda sərbəst və birləşmiş vəziyyətdə olur. Qanda ayrı-ayrılıqda və total şəkildə müayinə oluna bilər. 


1047 dəfə oxunub