Spermoqramma

Eakulyat


Sinonim: Spermoqramma

 

Spermoqamma Kişilərin nəsilartırma qabilliyyəti haqqında informativ xüsusiyyət daşıyır. Müayinənin nəticəsi ancaq eakulyatda spermatzoidlərin tamamən olmaması (azoospermiya) zamanı 100% dəqiqlik göstərir, digər hallarda 20% yalnışlığa yol verilə bilər.

 

Spermioqrammada aşağıdakı parametrlər nəzərdən keçirilir: eakulyatın miqdarı, spermaların sayı, hərəkətlilik, PH, özlülük, hemalaun boyalı mikroskopik differensiasiya, iltihab və ya bakteriyaların mövcudluğunda əlavə olaraq baktereoloji müayinə.

 

Material: Toxum mayesi.


Material steril qabda götürülməli və laboratoriyaya 1 saatdan gec olmayaraq bədən temperaturu qorunmaqla çatdırılmalı və ya laboratoriyada toplanmalıdır. Müayinədən 4-5 gün öncə abstensiya vaxtı gpzlənilməlidir.

 

Norma:


Eakulyatın miqdarı: 2,5-5 ml


Spermaların ümumi sayı: 25-120 mln/ml


pH: 7,2-7,6


Rəngi: Bozumtul-ağ


Qoxusu: yeni şabalıd ətirli


Özlülük: Normal


Hərəkətlilik: Aktiv (60-90%), Zəif (10-15%), Hərəkətsiz (2-5%)


Aqqlütinasiya: (+)

 

Differensiasiya: Spermaların, deformasiya formalarının (baş, boyun və quyruq), spermiogenez hüceyrələrin %-lə ifadə olunmuş sayına, aqqlütinasiya qabiliyyətinə (+, ++, +++, ++++) bakteriyaların mövcudluğuna görə aparılır.
 
Qeyd: Əlavə müayinə olaraq euakulyatda fruktuzonın təyini məsləhət görülür. Həmçinin FSH, LH və testesteronun serumda yoxlanması əhəmiyyətli ola bilər.


Nomenklatura

 

Aspermiya  Eakulyat yoxdur  Nevrogen və ya mexaniki səbəblər ( retroperitoneal limfoadenoektomiya, şəkərli diabet, onurğa beyin arterial trombozu, dərman mənşəli.
Azoospermiya Müayinə materialında Spermatazoid yoxdur, spermatogenez hüceyrələri yoxdur.

Daşınma perturbasiyası: anadangəlmə (aplaziya, digeneziya, pH azalması, fruktoza azalmazı, iltihabi (epididimit) və yatrogen (vazektomiya). Xaya həcmi və FSH normada.

Produktiv perturbasiya: Xaya parenximası zədələnməsi, FSH adətən həmişə yüksəlmiş, adətən xaya həcmi kiçilmiş.

Astenozoospermiya 50%-dən az spermatozoidlər sürətli, proqressiv, düzxətli yertutan və 50%-dən az spermatozoidlər inert, duzxətli və ya qeyri-düz xətli yertutan.
Və ya 25%-dən az spermatazoidlər sürətli, düzxətli, proqressiv yertutan.
Hemospermiya Eakulyatda eritrositlər var. Qırmızımtıl rəng.
Hiperspermiya Eakulyatın miqdarı 6 ml-dən çoxdur.
Kritozoospermiya 1ml-də 1mln-dan az spermotozoid.
Nekrozoospermiya Hərəkətsiz (ölü) spermatazoidlərin miqdarının çoxluğu
OAT sindromu Oliqoastenoteratospermiya Yetərincə inkişaf etməmiş normal spermatozoidli Oliqozoospermiya
Oliqozoospermiya Spermatazoidlərin ümumi sayı 20 mln/ml-dən az
Polispermiya Spermatazoidlərin ümumi sayı 250 mln/ml-dən az
Parvispermiya Eakulyatın miqdarı 2ml-dən az Prostat vəzi xəstəlikləri, varikoz genişlənmə, emosionla stress, masturbasiya problemləri
Piospermiya Bakteriyalarla çirklənmiş eakulyat Kəskin prostatik vesikulit, pH >8
Teratozoospermiya Patoloji formaların sayı çoxdur, normal spermatazoidlər 30%-dən azdır.
Aqqlütinasiya  (+) zəif –tək-tək spermatazoidlər yapışıb
(++) orta- 50%-dək spermatazoidlər yapışıb, ancaq baş hissələrində
(+++) güclü- spermatazoidlər həm baş, həm də quyruq hissələrində yapışırlar
(++++) kütləvi- bütün spermatazoidlər yapışıb

1945 dəfə oxunub