BIL

Ümumi Bilirubin, serumda / BIL /

Ümumi: Gündəlik əmələ gələn bilirubinin 80-85%-i hemoqlobinin eritrositlərdə metabolizmi nəticəsində formalaşır. Yağda yaxşı həll olan sərbəst bilirubin albuminlə birləşir və bu səbəbdən böyrəklərdə qan dövranından çıxa bilmir. Odur ki, mərkəzi sinir sistemində yüksək konsentrasiyada toplanır. Sərbəst bilirubinin bir hissəsi sinusoidal olaraq albumindən ayrılıb suda həll olan birləşmiş bilirubinə çevrilir və öd axaraları ilə bağırsaqlara tökülür. Bağırsaq bakteriyaları ilə istehsal olunan urobilinogenin 70%-i bağırsaqlarda sorulur (enterohepatik dövran) .

Material: 0,5ml serum
Vahid:      mg/dl
Norma:     böyüklər və 2 aylıq uşaqlar : <1,1

Yenidoğulmuş 
1.Vaxtında doğulmuş 

  - Doğumdan 24-48 saat sonra <9mg/dl 
  - Doğumdan 3-5 gün sonra <13,5 mg/dl 
  - Doğumdan 4 həftə sonra <1,5 mg/dl 

2.Vaxtından əvvəl doğulmuş
  - Doğumdan 24-48 saat sonra <12 mg/dl
  - Doğumdan 3-5 gün sonra <20mg/dl
  - Doğumdan 4 həftə sonra <1,5mg/dl

Qeyd: pozğunluq faktorları hemoliz (artmış norma), lipemiya (azalmış norma), işıqlanma (artmış norma)

Şərh: Artım: hepatit virusları, xolestez, hepatik sirroz, qaraciyər şişi, qaraciyər metaztası, alkoqolun normadan artıq qəbulu, hemolitik anemiya, yenidoğulmuşlarda sarılıq, yenidoğulmuşlarda hemolitik xəstəlik (rezus və ya AB0 uyğunsuzluğu), uremiya (qanlı sidik), HUS (uşalarda hemolitik uremik sindrom), hiperbilirubin sindromları (Gilbert sindromu, Meulengracht xəstəliyi, Dubin-Johnson sindromu).


 


536 dəfə oxunub