Avtoimmun Hepatit

Xəstəlik ona gorə xroniki hesab edilir ki, iltihab prosesi fasilələrlə uzun müddət davam edir.  Əgər hepatit müalicəsiz qalarsa qaraciyərdə sirroz formalaşır. Avtoimmun hepatitlərdə müalicə adətən yaxşı effekt verir. Əsasən steriodlərdən istifadə edilir ki, bu da qaraciyərdə iltihabi prosesin qarşısını alır. Avtoimmun hepatitlər elə də geniş yayılmamışdır. Məsələn, Böyük Britaniyada hər il 100.000 insandan birində avtoimmun hepatit inkişaf edir. Hər 10 xəstədən 7 qadın olur. Daha çox yaşı 15-40 arasında olan insanlarda inkişaf edir. Bəzən, uşaq və yeniyetmələrdə də rast gəlinir. Kişilər qadınlara nisbətən daha çox yuxarı yaşlarda bu xəstəliyə tutula bilir. Avtoimmun hepatiti olan insanlarda Pernisioz anemiya, I Tip şəkərli diabet, Yüksək reaktiv tiroid, Sjögren sindromu, Vitiliqo kimi digər avtoimmun xəstəliklər də inkişaf edə bilər

Qaraciyərin funksiyası
 
Qaraciyər kifayət qədər həcmli orqan olub əsas hissəsi sağ tərəfdə olmaqla qarının yuxarı mərtəbəsində yerləşir . Qaraciyər bədəndə olan zərərli maddələrin parçalanması və xaric edilməsi, glycogen adlanan maddənin toplanması və lazim gəldikdə onu glükozaya parçalayaraq bədənin energetik ehtiyaclarının ödənilməsi, qida vasitəsilə daxil olmuş yağ və zülalların həzm edilməsi, qanın laxtalanması üçün vacib olan zülalların sintezi, dərman maddələrinin paçalanması, bağırsaqlarda yağların paçalanması üçün vacib olan ödün yaradılaraq 12 barmaq bağırsağa ötürülməsi kimi vacib funksiyaları həyata keçirir. Qaraciyər insan orqanları içərisində ən güclü regenerasiya- özünü bərpa- qabiliyyətinə malik olan orqandır. Hər bir zədə zamanı qaraciyər toxuması onu tezliklə aradan qaldıra və məhv olmuş hepatositləri tezliklə yeniləri ilə əvəzləyə bilir.

Səbəbllər

Avtoimmun hepatitlərin səbəbi məlum deyil. Bədənimizdə olan immun sistem bizi yad cisimlərin (bakteriya, virus, toksinlər və s.) zədələyici təsirindən qoruyur. Avtoimmun xəstəliklərdə qəribə bir hadisə baş verir. Bu zaman immun sistemimiz “yad cisimlərə” deyil,   bədənin bu və ya digər üzvünə qarşı (onu “yad element” kimi qəbul edərək) hücum təşkil edir. Məhz qaraciyər də belə bir hücuma məruz qalır və onda iltihabi proses inkişaf edir.
Orqanizmin immun sisteminə ağ qan hüceyrələri (limfositlər) və anticismlər (xüsusi proteinlər) aid edilir. Ağ qan hüceyrələri və anticismlər yad və ya “yad hesab ediləncisim”lərə hücüm edib onları zərərsizləşdirir. Avtoimmun hepatitlər zamanı “yad hesab edilən  cisim” rolunda qaraciyər hüceyrələri (hepatositlər) olur. Bir çox digər avtoimmun xəstəliklərdə zədələyici faktor kimi anticismlər iştirak etsələr də, hepatitlərdə ağ qan hüceyrələri bu rolu yerinə yetirir. Lifositlər qaraciyər hüceyrələrinə (hepatositlərə) hücüm edir ki, bu da qaraciyərdə zədələnmə və iltihab yaradır.
Ümumiyyətlə, avtoiimun xəstəliklərin, eləcə də avtoimmun hepatitlərin yaranma səbəbləri məlum deyil. Amma bəzi faktorlar müəyyən edilmişdir ki, onlar avtoimmun prosesin başlaması üçün təhrikedici rol oynayır. Bunlara viruslar, kimyəvi maddələr və s aid edilə bilər. Tədqiqatçılar avtoimmun xəstəliklərin yaranmasına meyillilik yaradan genetik faktorların da mövcud olmasını müəyyən etmişlər.

Əlamətlər

Avtoimmun hepatitlərin əlamətləri bir qayda olaraq tədricən inkişaf edir. Bəzən bu müddət həftələr və aylar çəkə bilir. Avtoimmun hepatitlərin əsas əlamətləri aşağıdakılardır:
  - Ümumi zəiflik və yorğunluq.
  - Sağ qabırğaaltı nayihədə zəif ağrılar.
  - Oynaq və əzələ ağrıları.
  - Ürəkbulanma və qusma.
  - Hərarət.
  - Sarılıq. Qaraciyər iltihabı dərinləşdikcə xəstənin dəri və görünən selikli qişaları sarı rəng almağa başlayır. Bunun səbəbi bilirubinin qanda yüksəlməsidir (hiperbilrubinemiya).
  - Sidiyin rənginin tündləşməsi – hiperbilrubinemiya üzündən baş verir.
  - Nəcisin rənginin açıq olması – həzm traktına ödün az daxil olması səbəbindən baş verir.
  - Qaşınma - hiperbilrubinemiya üzündən baş verir.
Bəzi hallarda əlamətlər qəflətən başlayır və kəskin gedişə malik olur. Bu zaman yuxarıda sadalanan əlamətlərin əksəriyyəti mövcud olur. Aparılan müalicə nəticəsində xəstəliyin kəskin gedişi durdurula bilir. Amma bəzi hallarda xəstəlik kəskin qaraciyər çatışmazlığına keçir və ölümcül xarakter alır. Mülayim gedişli avtoimmun hepatitlər zamanı yuxarıda sadalanan əlamətlərin heç də hamısı rast gəlinmir. Xəstədə ümümi zəiflik, yorğunluq, qaraciyər nayihəsində zəif ağrılar olur. Bu hal zaçmanında dəqiq diaqnostika ediləzsə və müalicəsiz qalarsa bir neçə ilə sirrozun inkişafına gətirib çıxara bilər. Müalicə ilə qaraciyərdə olan iltihab söndürülə bilir və müalicənin perspektivi yaxşıdır. Zamanında və tam müalicə alan insanlar uzun ömür sürə bilirlər.
 
Müayinə

Həkinimiz söylədiyiniz şikayətlər və xəstəlik əlamətləri əsasında sizə aşağıdakı müayinələri təklif edə bilər:
  - Qanın ümumi analizi
  - Qanın biokimyəvi analızi (bilirubin və fraksiyaları, ALT, AST)
  - Qanın seroloji müayinəsi (ANA, SMA)
  - Qaraciyərin Ultrasəs Müayinəsi. Bununla qaraciyərdə olan zədələnmənin səviyyəsi müəyyən edilir.
  - Qaraciyər Biopsiyası. Bu prosedura vasitəsilə qaraciyərin kiçik bir tikəsi xaric edilir və mikroskopik müayinəsi aparılır. Biopsiya qaraciyərin zədələnmə səviyyəsini müəyyən etməyə imkan verir. Bununla yanaşı, biopsiyanın nəticələrinə görə qaraciyərin digər mənşəli (məsələn, alkoqol, dərman və ya autoimmun mənşəli) hepatitlərini inkar etmək olur.

Müalicə


Avtoimmun hepatitlərin müalicəsində əsas məqsəd iltiabi prosesin qarşısının alınması və immun sistemin supressiyasıdır. Bu məqsədlə ilkin olaraq sterioid dərmanlar (əsasən prednizolon) istifadə olunur. İlkin olaraq yüksək doza istifadə edilməklə miqdarı getdikcə azaldılır. Həkiminiz dərmanın elə bir dozasını müəyyən etməyə çalışacaq ki, mümkün qədər az olsun və xəstəlik üzərində nəzarət etməyə imkan versin. Dərmanın dozası insandan insana fərqli ola bilər.

Sterioid dərmanlara əlavə olaraq immunodepressantlarda (Azothiaprine,    cyclosporin or tacrolimus) verilə bilər. Amma bunu sterioidlərlə iltihabi prosesi nəzarət altına alındıqdan sonra başlamaq olar. Hər iki dərman birlikdə daha effektiv təsir göstərir nəinki onlardan biri tək tətbiq edilərsə. İmmunodepressantın müştərək istifadə edilməsi imkan verir ki, sterioidlərin dozası azaldılsın.  

Müalicə ümumən yaxşı təsir edir. Amma prosesi tam nəzarət altına almaq uzun çəkə bilər. Hətta bəzən bir ildən uzun müddətə qaraciyədə iltihabi proses nəzarət altına alına bilər.

İstifadə edən dərman maddələrinin əlavə təsirləri bəzən narahatçılıq yarada bilir. Məhz bu nöqteyi-nəzərdən istifadə edilən dərman maddələrinin dozası maksimal aşağı saxlanılır.

Dərman müalicəsinin effekt vermədiyi hallarda qaraciyər transplantasiyası haqqında düşünülə bilər.


 


549 dəfə oxunub