Anemiya
 Qanın normal göstəriciləri belədir:
  - Eritrositlər – 4,5-6,3 milyon/mm3
  - Hemoqlobin – 13-18 g/dl
  - Hematokrit – 40-54 %
Eritrositlər daxilində olan Hemoqlobin toumalara oksigen daşıyan əsas maddədir. Hemoqlobin və eritrositlərin azlığı toxumaların oksigenlə təminatını pisləşdirir və hipoksiya adlanan hal yaradır. Bu zaman siz ümumi zəiflik, yorğunluq hiss edəcəksiniz. Anemiya müxtəlif səbəblərdən əmələ gəlir və davametmə müddətinə görə fərqli olur.

Əlamətləri

Anemiya zamanı xəstədə aşağıdakı şikayətlər qeyd edilir:
  - Taxikardiya
  - Təngnəfəslik
  - Rəngin avazıması
  - Başgicəllənmə
  - Bəzən baş ağrısı
  - Yorğunluq
  - Tərləmə və ağızda quruluq
  - Qulaqda küylər
  - Arterial təzyiqin düşməsi
  - Nəbzin zəif dolğunluqda olması və tezləşməsi

Səbəbləri

Kəskin qanaxma:
  - Yaralanma,
  - Mədə xorası,  
  - Qida borusunun varikoz genişlənmiş venaları,
  - Böyük damarların cırılması,
  - Hemorragik diatez
Xroniki qanaxma
  - Mədə xorası zamanı sakit qansızma
  - Mədə bağırsaq traktının karsinoması zamanı sakit qansızma
  - Diafraqmanın qida borusu dəliyinin yırtığı  
  - Qida borusunun varikoz genişlənmiş venaları
  - Hemorroy
  - Böyük qanitirmələr zamanı qanıın kifayət qədər əvəzolunmaması
Hemolitik anemiya – qırmızı qan hüceyrələrinin parçalanması
  - Orqanızmə xaricdən daxil olan faktorlar nəticəsində hemoliz – transfziya zamanı daxil olan anticisimlər, dərman maddələri (α-Methyldopa, Penicillin, Phenacetin, mis), mexaniki zədələmə (süni ürək klapanları), hipersplenizm, HİV infeksiyası, metabolik pozğunluqlar (uremiya, qaraciyər sirrozu)
  - Orqanizmin özündən qaynaqlanan faktorlar nəticəsində hemoliz- bunlar əsasən aşağıdakı irsi patologiyalar ola bilər: membran deffekti (Sferositoz, Elliptositoz), enzimopatiyalar, hemoqlobinopatiyalar,  talassemiya. Qazanılmış Vitamin B12 və Fol turşusu çatmamazlığı səbəblərdən biri ola bilər.
Yetişmiş eritrositlərin çatmamazlığı
Bu bir çox səbəblərdən qaynaqlana bilər:
1.    Dəmir, Vitamin B12, Fol Turşusu, Protein, Vitamin C çatmamazlığı
2.    Eritroblastların çatmamazlığı – sümük iliyinin fiziki-kimyəvi zədələr, irsi və ideopatik səbəblər üzündən atrofiyası
3.    Sümük iliyinin infiltrasiyası – leykemiya, limfoma, mielofibroz, metastazlar səbəbindən baş verə bilər.
4.    Sideroblastik anemiya – rezorbsiya olunmuş dəmirin istifadəsində olan pozğunluq səbəbindən baş verir.
5.    Endokrin pozğunluqlar – Miksödema, Addison xəstəliyi, Hypopituitarismus
6.    Xroniki böyrək xəstəlikləri
7.    Xrokniki iltihabi proseslər – infeksiyalar və qeyri-infeksion xəstəliklər (revmatoid artirit, Bexterev xəstəliyi)
8.    Qaraciyər xəstəlikləri
9.    Bədxassəli şişlər

Müayinə

Həkim qanazlığına səbəb olan faktoru müəyyənləşdirmək üçün sizə ilkin olaraq aşağıdakı müayinələri təklif edəcək:
  - Qanın genişləndirilmiş ümumi analizi (retikulositlər, trombositlər, eritorositar indeks və s. daxil olmaqla)
  - Qanın laxtalanma qabiliyyəti
  - Qanın biokimyəvi analizı (Bilirubin, LDH, serum zülalları daxil olmaqla)
Lazım gələrsə həkim şübhələndiyi əsas xəstəliyin üzə çıxarılması üçün lazım gələn digər müayinə üsullarını tətbiq edə bilər.


1158 dəfə oxunub