Xlamidiya

Ümumi: Xlamidiyalar ən kiçik bakteriyalara aiddir. Onlar hüceyrə daxilində inkişaf edirlər və insandan insana (cinsi yolla) və ya heyvandan insana ötürülür. Yüngül simptomlarla xroniki mövcudluğu bu xəstəlik üçün xarakterikdir. Bu səbəbdən diaqnoz hamıda müəyyən olunmur və ya çox gec qoyulur. Cinsi yolla yayılan xlamidiya Qərb dünyasında geniş yayılıb və bir neçə qərb ölkələrində ən çox rast gəlinən cinsi xəstəlikdir. İnfeksiyanın anticisim reaksiyası 6-8 həftədən sonra yaranır. Ən vacib insan patogen xlamidiyaları C.trachomatis, C.pneumoniae and C.psittaci.

Chlamydia trachomatis

Bu gün C.trachomatis-in 18 sero-tipi məlumdur. Tropik ölkələrdə trachoma və Lymphogranuloma venerumun yaranmasına səbəb xlamidiyanın bu növüdür. Qeyri-spesifik cinsi infeksiyalar (partnyor infeksiyaları) və uretral sindrom cinsi yolla yayılır.

Qadın infeksiyaları: Kliniki simptomları müxtəlifdir və cinsi yollardakı yüngül ifrazat şikayətlərindən abdominal şikayətlərə qədər dəyişə bilər. Daha sonra uretrit (sidik kanalının iltihabı), servisit ( yumurtalıq boynunun iltihabı), endometrit (yumurtalıq divarının iltihabı), salpingit (yumurtalıq borusunun iltihabı), peritonit (qarın boşluğunun iltihabı), perihepatit ( qaraciyəri əhatə edən qarın boşluğunun iltihabı), konyunktivit (gözün selikli qişasının iltihabı) kimi xəstəliklərə səbəb olur. C.trachomartis infeksiyalarının sonrakı  fəsadları artrit, qadın sonsuzluğu və ya uşaqlıqdan kənar hamiləlik ola bilər.

Hamiləlik ərzində infeksiyalar: C.trachomatis cinsi xlamidiya infeksiyasının D-K serotipi əksər hallarda 15-25 yaşlı qadınlarda cinsi yolla yoluxur. Burada əsas problem xlamidiyanın servisitə səbəb olmasıdir ki, bu da təqribən 5% hallarda baş verir. Vaxtından əvvəl doğuş və yenidoğulmuşun doğuş kanalından keçərkən infeksiyaya tutulma halları mövcuddur.

Analizin nəticəsi müsbət olduqda makrolidlərlə müalicə- eritromisin-etil sunsinat 4x500mg oral yolla-alternativ müalicə kimi hamiləliyin 14-cü həftəsindən tez olmamaq şərtilə təyin edilə bilər. Bu yolla yumurtalıq yolu stabilləşir. Partnyorun müayinə olunması tələb olunmasa da, cinsi yolla yoluxan bütün xəstəliklərdə partnyorun müalicəsi tamamilə vacibdir.

Yeni doğulmuş uşağın infeksiyaları: Müalicə götürməyən, servitis xlamidiyası (uşaqlıq boynunun iltihabı) olan hamilə qadınların uşaqlarında 20-40% hallarda konyuktivit xroniki hala keçə bilər, 20%-ə qədər  pnevmaniya, faringit və ya orta qulağın iltihabı olur. Simptomsuz olduğundan müəyyən edilə bilmir. Bu da inkişaf qüsurlarına səbəb olur.

Vaginal doğuş zamanı infeksiya riski 50%-dən yuxarıdır, belə ki yenidoğulmuşların yarısında infeksiya asimptomatik inkişaf edir. Buna görə də hamilə qadınlarda xlamidiya skrininqinin edilməsi məsləhət görülür.

Kişilərdə infeksiyalar: Kişilərdə xlamidiya infeksiyaları zəif qoxulu, ifrazatlı uretrit ilə başlayır. Prostatit (prostat vəzinin iltihabı), epididimit (xaya başlığının iltihabı), proktit (düz bağırsağın selikli qişasının iltihabı) və embrional epitelinin iltihabı mümükün ola biləcək fəsadlardandır.

Chlamydia psitacci

Nadir xəstəliklərdən olan ornitosis (sinonimi psittacosis, tutuquşu xəstəliyi) quş və başqa heyvanların tozları ilə yoluxur (130 tipdən çox). Ən vacibi ev quşlarıdır (ördəklər, hind quşları). Klinik şəkli atipik pnevmaniya formasındadır. İnfeksiya xüsusilə dekorativ quş saxlayanlar və quşçuluqla məşğul olanlar arasında geniş yayılıb.

Chlamidiya pnevmaniya

1989-cu ildən məlum olan bu xlamidiya növü bronxit, yeni doğulmuşda pnevmaniya və ya atipik pnevmaniya kimi tənəffüs sistemi xəstəliklərinə səbəb olur. Başqa xəstəliklərlə əlaqəsi aşkar olunub: astma, xroniki obstruktiv ağciyər xəstəliyi, düyünlü eritema, sarkoidoz, miokardit, anadangəlmə ürək çatışmazlığı, infarkt

Tövsiyə edilən müalicə: tetratsiklin, doksitsiklin, hamiləlik dövründə və ya kiçik uşaqlı olduqda: eritromisin. Alternativ antibiotiklər: klindamisin, ciproflaksazin, ofloksazin, amoksisillin, sulfonamid. Sefalosporinin heç bir effekti yoxdur. Cinsi infeksiyaların müalicəsi hər iki partnyor daxil olmaqla aparılmalıdır.

 


2676 dəfə oxunub