Xolesterol, ümumi

Ümumi: Xolesterol hüceyrə membranlarının əsas tərkib hissəsi olub, steroid hormonlarının və öd turşularının sintezi üçün başlanğıc mənbədir. Xolesterol plazmada mövcud olur, bu səbəbdən apolipoproteinlərlə suda az həll olan  kompleks əmələ gətirərək əsas hissəsi LDL fraksiyası şəklində periferal toxumalara nəql olunur, artıq qalan xolesterol isə HDL fraksiyası şəklində qaraciyərdə toplanır. Oral qəbul olunan xolesterolun yalnız 40%-i absorbsiya ounur. Endogen xolesterol daim plazmadakı LDL xolesterolun yüksək konsentrasiyası hesabına sintez olunur və yüksək miqdarda xolesterol ehtiyat şəklində yığılır. Buna baxmayaraq piyin uzun zəncirli poli-doymuş yağ turşuları ilə ehtiyatı və ya ehtiyatda olan enerji LDL xolesterolun plazmada miqdarının azalmasına, bu da hiperxolesterolemiya və sonda arterioskleroza səbəb olur. Eliminə olunmuş xolesterol dəyişilməmiş formada və ya öd turşuları şəklində bağırsaqlarda yığılır.

Homoziqot hiperxolesterolemiya zamanı LDL xolesterolun hüceyrəyə daxil olmasında pozğunluqlar əmələ gəldikdə LDL xolesterol plazmada yığılır. II hiperxolesterolemiya hipotiroidizm halında və böyrək, pankreas və ya qaraciyər xəstəliklərində meydana çıxır.

Material: 1 ml serum (12 saatlıq aclıqdan sonra)

Vahid: mg/dl

Norma: <200

Qeyd: 200mg/dl-dən yuxarı olduqda LDL qatılığı HDl xolesterol və triqliseridin qiymətinə əsasən müəyyən olunması məsləhət görülür (Friedevald-a əsasən).

Friedevald formulu:
LDL [mg/dl]= (xolesterol)-(HDL xolesterol)-0,2x(triqliserid)

Qeyd: risk faktorları olmadıqda <240mg/dl, yüksək  risk faktorlarında-<200mg/dl olur.

 


893 dəfə oxunub