HDL xolesterol

HDL xolesterol

 

Ümumi: LDL fraksiyası xolesterolu periferal toxumaya nəql etdiyi halda, HDL fraksiyası artıq qalan xolesterolu qaraciyərə nəql edir. Beləliklə, ümumi serum xolesterolunun 25%-ni HDL-fraksiyası şəklində nəql edilir. HDl xolesterolun səviyyəsi bir sıra faktorların təsirilə dəyişə bilir: siqaret çəkmək, hərəkət, hormonlar, cins və yaş. LDL-ə əks olaraq, HDL ürək-damar sistemi xəstəliklərində qoruyucu funksiyasını yerinə yetirir.


Göstəriş: hiperxolesterolemiya, ateroskleoroz risk ehtimalı (infarkt), hipertriqliseridemiya.


Material: 2 ml serum (12 saatlıq aclıqdan sonra)


Vahid: mg/dl


Norma: > 40

 

Şərh: 

 

Artım: stres, sabit miqdarda alkoqol qəbulu, irsi hiper-alfa lipoproteinemiya, estrogen terapiya, hidantointerapiya, pestisid intoksikasiyası
 

Azalma: fiziki qeyri-aktivlik, siqaret çəkən, apolipoprotein çatışmazlığı, ovulyasiya məhdudiyyəti, zəif şəkərli diabet, “balıq gözü xəstəliyi”.


697 dəfə oxunub