CMV

CMV-Sitomeqalovirus

Sitomeqalovirus herpes viridiae ailəsinə aid DNT virusudur. Bütün dünya üzrə geniş yayılıb. Təxminən Almaniya əhalisinin 90%-i bu infeksiyaya yoluxub. Sağlam insanlar yoluxduqda 20-30 inkubasiya günündən sonra simptomsuz inkişaf edir. Risk qrupu: QİÇS virusu, transplantasiya və ya bədxassəli şiş xəstələri, hemodializ xəstələri. Bu ensefalit, aralıq pnevmaniya, limfa düyünlərinin şişməsi, ölümlə nəticələnən qızdırma kimi xəstəlikləri azalda və ya gücləndirə bilər. Virus burun boşluğu və sidik yolu ilə yoluxa bilər. Qeyd edilməlidir ki, mezangial hüceyrələrin transplantasiya edilmiş böyrəklərə invaziyası onun rədd edilməsinə gətirib çıxara bilər. Anticisim statusun müəyyən edilməsi üçün tibbi personalı ilə məsləhətləşin.

Hamiləlikdə sitomeqaliya: Sitomeqalovirusun plasentadan keçərək yoluxması bütün hamiləlik dövründə (daha çox 1-2-ci trimestrdə, nisbətən az hallarda 3-cü trimestrdə) mümkündür. Sitomeqalovirus daha çox hallarda dölə təsir edir. 10% hallarda dölün çirkinləşməsi də ola bilər.
Rüşeymin uşaqlıqdaxili qazandığı anadangəlmə hematogen infeksiyası: seroneqativ ananın ilkin infeksiyası hamiləlik ərzində və ya hamiləlikdən əvvəl ananın qazandığı infeksiyasının yenidən aktivləşməsi baş verir.

Demək olar ki, hamilə qadınların 100%-i seropozitiv olur. Yenidoğulmuşların təqribən 1%-i rüşeymdaxili infeksiya qazana bilər. İnfeksiyalı uşaqların 90%-i doğuşda sağlam olurlar. Abort olmadıqda, təqribən 5 % uşaqlarda yüngül nəzərə çarpmayan simptomlar olur, 5 %-ində daimi  serebra simptomlar inkişaf edir. Doğuşda sağlam görünüb, lakin infeksiyalı doğulan uşaqların nöqsanları inkişaf edə bilər (eşitmə nöqsanları,  inkişaf pozğunluqları, əqli gerilik). 2-3-cü trimestrdə polihidramnion, assit, hepatosplenomeqaliya və ya mikrosefaliyanın müayinəsi məqsədilə aparılan USM sitomeqaliya virusu haqda şübhələnməyə əsas verir.

Rüşeymin perinatal yoluxmuş infeksiyası: yoluxma infeksiyalı doğuş yolundan keçdikdə və ya viruslu ana südündən baş verə bilər. Ümumilikdə yoluxma asimptomatik baş verir. Həmçinin vaxtından əvvəl doğuşlarda CMV olmayan transfuziyaların köçürülməsi nəticəsində ağır kliniki  əlamətlər inkişaf edə bilər. İnfeksiya ilə təmasda yüksək miqdarda IgG anticisimləri çıxa bilər, IgM isə bu dövrdə olmaya bilər. Sidikdə CMV-nin müayinəsi məsləhət görülür. CMV-yə şübhəli yenidoğulmuşlar digər hamilə qadınlardan izolə edilməlidir.

 


1099 dəfə oxunub