Kortizol serumda / CORT /
Ümumi: Kortizol qlükokortikosteroid olan kortizol adenohipofizdən AKTH (adenokortikotropin hormonu)hormonu ilə gecə-gündüz ritmləri ilə əks-əlaqə mexanizmi əsasında böyrəküstü vəzinin qabıq maddəsində sintez olunur. Kortizolun həyati əhəmiyyətli təsirlərindən biri də karbohidrat və amin turşuları metabolizminə, ürək və qan dövranına və digər orqanların (böyrək, mədə, beyin və.s) fəaliyyətinə təsir göstərir. Plazmada kortizol xüsusi proteinə (kortikosteroid birləşmiş qlobulin) birləşmiş şəkildə olur. Yalnız sərbəst korrtizol bioloji aktivdir və böyrəklər vasitəsilə ifraz olunur.
Göstəriş: hiperkortikolizmə şübhə, böyrəküstü vəzinin hiperfunksiyası
Material: 1 ml serum və ya plazma
Vahid: ng/ml
Norma: Plazmada kortizolun miqdarı sutka ərzində dəyişdiyindən müayinə günün konkret vaxtında aparılmalıdır. Ən yüksək miqdarı səhər saat 08:00, ən aşağı miqdarı axşam saat 23:00-da müşahidə olunur.
Böyüklər:
50-250 saat 8:00
0-50 saat 24:00
Uşaqlar(<15 yaş): 50-150 saat 8:00
Şərh: Artım: böyrəküstü vəzinin hiperfunksiyası (səbəbləri: Kuşinq sindromu, adrenal adenoma, adrenal karsinoma, AKTH-in adenohipofizdə normadan artıq sintezi, süd vəzisi xərçəngində ektopiklik), stres, hipoqlisemiya, hamiləlik
Azalma: böyrəküstü vəzinin ilkin və ikincili çatışmazlığı (Addison, adenohipofiz çatışmazlığı, AGS (adenogenital sindrom), deksametazon ilə müalicə.
Aşağıdakı xanaya emailinizi yazın, hər dəfə yeni məqalə yazıldıqda emailinizə göndəərk.