CRP

C-reaktiv protein, kəmiyyət, / CRP /

Ümumi: C-reaktiv protein iltihab mərkəzinə sürətlə təsir göstərən qeyri-spesifik immun müdafiənin aktiv proteinidir.  O, qaraciyərin parenxima hüceyrələrində stimulə olunan interleykin-6 tərəfindən sintez olunur və qana sorulur. CRP neytrofil qranulositlərin iltihab aktivliyini azaldır. Həmçinin, o bakteriyaların hüceyrə divarına yapışır və klassik komplement sistemini aktivləşdirir. Eynilə başlanğıc və ya xroniki infeksiyalar EÇR-in artmış qiymətlərinə görə,  klinikanın ağırlıq dərəcəsi isə CRP-nin serumdakı həcminə görə təyin edilir. Yarım yaşama dövrü 5-7 saat, maksimum yüksəlişi təqribən 50 saatdan sonra müşahidə olunur.

Göstəriş:   iltihab faktoru, bakterial infeksiyalara qarşı antibiotik müalicənin kontrolu, döldaxili infeksiyaların öyrənilməsi və embrional membranların yırtığı məqsədilə aparılan kurs müayinələr, revmatik xəstəliklərin dərəcəsinin qiymətləndirilməsi, əməliyyat sonrası fəsadların erkən diaqnostikası.

Material:   1ml serum
Vahid:     mg/dl
Norma:      <1,0 ml

Qeyd:      Artım: güclü bakteriya, parazit və virus infeksiyaları, revmatik xəstəliklər, amnion infeksiyası sindromu, pankreatit, kollagenozis, retroperitoneal fibrozis.


 

 

 


790 dəfə oxunub