Fibrinogen

Faktor I ( Fibrinogen )

Ümumi: Fibrinogen-qanın laxtalanma sisteminin faktoru, trombin substratı, koaqulyasiya prosesində son enzim, plazmin substratı, fibrinolitk prosesin enzimidir. Fibrinogen əsasən qaraciyərdə sintez olunan zülaldır. Qanda həll olmuş vəziyyətdədir, lakin trombin və Faktor XIIa-nın fermentativ təsiri nəticəsində həll olmayan fibrinə çevrilir. İltihabi proseslərdə 24-48 saat ərzində anormal yüksək həddə qalxır. Bəzi qarciyər zədələnmələrində fibrinogen çatışmazlığı sintez pozğunluğu ilə əlaqədar ola  bilir.

Göstəriş: fibrinolitik müalicənin ( streptokinaza, urokinaza, defibraza, asparaginaza ) müşahidəsi, qazanılmış fibrinogen çatışmazlığı, koronar ürək xəstəliklərinəin ehtimalı

Material:  2 ml serum

Vahid: mg/dl

Norma: 180-450

Şərh:

Artım: kəskin iltihab, şişlər, şəkərli diabet, hamiləlik, angina, əməliyyatdan sonra

Azalma: koaqulopatiya, hipo- və afibrogenemiya, bəzi qaraciyər parenxima zədələnmələri, fibrinolitik müalicə, prostat, ağciyər, mədəaltı vəzi, yumurtalıq şişi, kəskin leykomiya (xüsusilə asparaginaza ilə müalicədə), doğuş çətinlikləri, hemoliz, ilan sancmaları.


2532 dəfə oxunub