Protrombin

Faktor II (Protrombin)

Ümumi: Faktor II qlükoproteid olub, euqlobulinlərə aiddir.Faktor XII, Faktor V, fosofolipidlər və kalsiumun təsirilə protrombin parçalanaraq trombin əmələ gətirir. Faktor II qaraciyərdə vitamin K-nin iştirakı ilə əmələ gəlir.

Protrombinin miqdarı vitamin K-nin endo- və ekzogen çatışmazlığı nəticəsində, böyrək və mədə-bağırsaq traktının ağır zədələnmələri nəticəsində natamam protrombin sintez edildikdə azalır. Faktor II-nin anadangəlmə defektləri də müşahidə olunur. Qeyri-düzgün antikoaqulyantlar faktor II-nin qanda sintezini məhdudlaşdirmaqla  onun miqdarını azaldır.

Protrombinin miqdarına əsasən böyrəklərin funksional vəziyyəti haqda fikir yürütmək olar. Böyrək xəstəliklərində protrombinin miqdarının azalması protrombin müddətinin uzaldılmasıa nisbətən daha çox rast gəlinir.

Protrombinin miqdarı 40%-dən aşağı olduqda qanın laxtalanma müddəti pozulur. Protrombinin qanda funksiyasını yerinə yetirməsi üçün minimum səviyyəsi 20-40%-dir. Daha aşağı səviyyə olduqda əməliyyatdan sonra qanaxmaların olma ehtimalı çox yüksəlir.

Qanaxmanın dayandırılması üçün lazim olan minimum protrombinin miqdarı 10-15%-dir. Bundan aşağı olduqda xəstəyə protrombin yeridilmədən qanaxmanın dayandırılması qeyri-mümkündür. DVS-sindromunda ( Yayılmış Damardaxili laxtalanma sindromu) ikinci mərhələdən başlayaraq protrombinin miqdarı azalır.

Faktor II-nin səviyyəsinin artması trombozun inkişafına səbəb olur.

Göstəriş: ailədə kütləvi tromboembolizm, cavan yaşlarda tromboembolizmin yaranması, arterial damarın zədələnməsi.

Material: EDTA-lı qan, monovetin üzərində xəstənin adı, familiyası, təvəllüdü qeyd edilib dondurlmadan laboratoriyaya göndərilir.

Vahid:  ED/l və ya %

Norma:  0,5-1,5k və ya 60-150%-dir.


1152 dəfə oxunub