STH

Somatotropin hormonu ( “ Boy hormonu” ) / STH /

STH hipofiz vəzisində sintez olunur və boyun uzununa artımını stimulə edir. Antiinsulin, anabolik, anti-uretik və lipolotik effektə malikdir. Yarım yaşama dövrünə uyğun (15-20 dəqiqə) qeyri müntəzəm ifraz edilir. Qoca yaşlarında ifrazat zəifləyir ( “somatik fasilə” ). Bu da xolinergik tonun və hipotalamik antiqonist- somatostatinin artmasına səbəb olur. Endogen boy hormonu ifrazatının azalma əlamətləri IGF 1 və IGFBP 3-ün qatılıqlarının azalmasıdır.

Hipofiz vəzi pozğunluğu olan xəstələrdə hiperlipidemiya (HDL azalır, LDL artır) müşahidə olunur. STH əksər hallarda serumda göstəricisi aşağı olur, fərdi hallarda diaqnostik məqsədlər üçün az əhəmiyyətlidir.

Material:   1 ml serum

Vahid:      ng/ml

Norma:     

1 aya qədər: 13-53

3 aya qədər:  4-37

1 yaşa qədər: 3-27

Böyüklərdə: 10-a qədər

Qeyd:  STH defektinə şübhə olduqda GHRH-ın (somatotropin rilizinq faktoru) müayinə edilməsi məsləhət görülür.

Şərh:

Artır: akromeqaliya ( TRH ilə stimulyasiyadan sonra STH və prolaktin artır), əsəb anoreksiyası

Azalır: STH çatışmazlığı, başqa sözlə hipofiz vəzisinin pozğunluğu nəticəsində boy artımı azalır, osteoporoz,   onurğa sümüyünün sınması [IGFBP (isuluinəbənzər boy faktoru) azalması]

 


532 dəfə oxunub